Məhkəmə qərarları › İş №3(064)-315/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-315/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-315/2024 20.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis polkovnik leytenantı Nuriyev Mobil Sabir oğlunun, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1990-cı il tarixində Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Əhmədbəyli kənddə qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis polkovnik leytenantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 məxsus “Hyundai Sonata” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq sonuncuya 340 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında: Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis polkovnik leytenantı X5 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 məxsus “Hyundai Sonata” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq sonuncuya 340 manat məbləğində maddi ziyan vurmuşdur. X2 müraciəti əsasında Füzuli RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Seymur Xəlilov tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında onun tərəfindən Şəxs barəsində AR İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X4 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə ona məxsus “Hyundai Sonata” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq sonuncuya 340 manat məbləğində maddi ziyan vurmuşdur. Daha sonra bıçaqla onu öldürəcəyi ilə hədələsə də, onu öldürmək üçün heç bir real hərəkət etmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, atası X4 ilə aralarında baş vermiş münaqişə zamanı sol qolundakı saat atası X1 avtomobilinin arxa şüşəsinə dəyərək zədələmişdir. Şəxs, həmçinin əlində bıçaq və ya dəmir parçası olmadığını, atası Oktay Qasımova məxsus avtomobilin qarşı tərəfinə təpik zərbələri vurmadığını və sonuncunu ölümlə hədələmədiyni bildirmişdir. İş materiallarına əlavə edilmiş: Füzuli Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Seymur Xəlilovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tədbir görülməsi üçün qərarın surəti Füzuli Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “Sərxan” firması tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 055 saylı ziyan aktından görünür ki, “Hyundai Sonata” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 340 manat hesablanmışdır. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 05 aprel 2024-cü il tarixli, 180 nömrəli aktın surətindən görünür ki, sözügedən hadisə zamanı Şəxs sərxoş halda olmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici törədilmiş inzibati xətaya görə inzibati tənbehin təyin edilməsini vurulmuş ziyanla əlaqələndirmişdir. İş materiallarına əlavə olunmuş mütəxəssis və ekspert rəylərindən görünür ki, avtomobilə vurulmuş maddi ziyanla bağlı yekdil məbləğ qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda qeyd olunan 340 manat məbləğin əsas götürülməsi qanuni və əsaslıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmiş, inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyətini ağırlaşdıran hal hesab etmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 232-1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin nisbətən yuxarı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, məhkəmə hazırkı iş üzrə prosessual qənaət prinsipinə əməl edərək zərərçəkmiş şəxs O.Qasımava vurulmuş maddi ziyanın ödənilməsi məsələsini də həll etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan 340 manat müəyyən edildiyindən məhkəmə həmin məbləğin Şəxs tutularaq X3 ödənilməsini əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 232-1-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 680 (inzibati xəta nəticəsində vurulmuş 340 manat ziyanın 2 misli) manat inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə dəymiş maddi zərərə görə 340 manat Şəxs tutularaq X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar