Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-316/2025 20.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis polkovnik-leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilib ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanına uca səslə nalayiq söyüşlər söymüş və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis polkovnik-leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən: Füzuli RPŞ-nin polis polkovnik-leytenantı X4 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, təxminən 6-7 ay olar ki, Bala Bəhmənli kəndi, dörd yol ərazisində tərəvəz satmaqla məşğuldur. xx.xx.2025-ci il tarixdə saat sahə rəisinin qəbulunda olub və al-ver etdiyi yerin yaxınlığından əlavə yer almaq üçün xahiş edib. Bu zaman əvəllər tanıdığı qəssab Musa ona bildirib ki, “sən orada al-ver edə bilməzsən, çünki əvvəllər orada mən alver etmişəm”. Beləliklə, aralarında sözlü mübahisə olub. Sahə rəisi aralarınd yaranmış mübahisəyə aydınlıq gətirib və onlar sakitləşiblər. Sonra qəssabxananın qarşısında səbəbsiz yerə yenə aralarında mübahisə yaranıb və bu zaman atası və Musanın qardaşı oğlu Habil gəlib, söhbətə müdaxilə ediblər. Təxminən 10-15 dəqiqədən sonra polis əməkdaşları yaxınlaşıb Şöbəyə dəvət etdilər. O, törətdiyi həmin hərəkətlərindən səmimi peşiman olduğunu bildirdi. Vətənin azadlığı uğrunda döyüşlərdə iştirak etməsini Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən polis baş sejantı Şahid izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində həmkarı Elçibəy İbişli ilə birgə Füzuli rayonu, Bala Bəhmənli kənd ərazisində “4 Yol” adlanan yerdə xidmətdə olarkən həmin ərazidə yerləşən polis sahə məntəqəsinin qarşısında-küçədə insanlarıntoplaşdığını, səsküy yarandığını görmüş, ora yaxınlaşdıqda X3, Şəxs, Şəxs və X2 bir-birləri ilə uca səslə mübahisə edərək nalayiq ifadələr işlətdiklərini, əl-qol hərəkətləri ilə bir-birlərini itələdiklərini görmüş, o və Elçibəy İbişli mübahisə edən tərəfləri sakitləşdirməyə, aralarındakı mübahisəni mədəni yolla həll etməyi dəfələrlə tələb və tövsiyə etmiş, lakin adıçəkilən şəxslər qanunsuz hərəkətlərinə davam edərək ətrafdakı şəxslərin narahatlığına səbəb olmuş, həmçinin o və digər polis əməkdaşlarına əl-qol hərəkətlərilə etiraz etmişlər. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də özünün verdiyi etirafedici izahatları ilə yanaşı, Şahid qismində verdiyi ifadələri, iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirdi. - ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Bununla yanaşı iş materiallarında olan: - İ-28830 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surəti əsasında müəyyən olunur ki, Şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. - İ-14490 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surəti əsasında müəyyən olunur ki, Şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. - İ-7772 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surəti əsasında müəyyən olunur ki, Şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. - İ-7044 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surəti əsasında müəyyən olunur ki, Şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, ən ciddi inzibati tənbeh növü olan inzibati həbs 535.1-ci maddənin sanksiyasında bir ayadək müddətə nəzərdə tutulduğundan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh verilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, Vətənin azadlığı uğrunda döyüşlərdə iştirak etməsini isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-316/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-316/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver