Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-32/2023 07.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonunun Mirzəcamallı kəndində qeydiyyatda olan Şəxs Əlizamin oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlizamin oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı onun qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Şəxs Əlizamin oğlu barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP5036609 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP4775789 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Şəxs Əlizamin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində inzibati cərimə edilmiş, lakin bu günədək həmin cərimə məbləğini ödəməmişdir. Göründüyü kimi Şəxs Əlizamin oğlu bu hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə Şəxs Əlizamin oğluna inzibati tənbeh tədbiri tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə almaqla, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü olan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasının tətbiqini məqsədəuyğun hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 61, 109, 529.3-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı:
1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlizamin oğlu Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın.
2. Nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin əvvəli Şəxs Əlizamin oğlu sürücülük vəsiqəsinin alındığı gündən hesablansın.
3. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Yaşar Həşimov