Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-33/2023 25.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 25 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 1(064)28/2018 nömrəli hökmü əsasında həmin məhkəmə tərəfindən verilmiş 06 fevral 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİP-nin icra məmuru X1 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİP-nin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 25 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 1(064)28/2018 nömrəli hökmü ilə Şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 5 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, mülki iddianın qismən təmin edilərək sonuncudan cəmi 12120,00 manat məbləğində pulun tutulub zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Həmin hökm əsasında Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş 06 fevral 2019-cu il tarixli icra sənədi üzrə 19 mart 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, 3 saylı istintaq təcridxanasına orada saxlanılmış borclu Şəxs təqdim edilməsi üçün tələbin könüllü icrası haqqında bildiriş göndərmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 7(003)2059/2022 nömrəli qərarı ilə Şəxs cəzasının çəkilməmiş qalan 01 il 01 ay 02 gününü çəkməkdən azad edilmişdir. Buna görə də o, 10 və 19 yanvar 2023-cü il tarixlərdə borclu Şəxs iş üzrə icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməli olduğu, əks halda barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə şəxsən imza etdirməklə yazılı qaydada xəbərdarlıq etmişdir. Sonuncu 18 və 25 yanvar 2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs poçt vasitəsilə cəmi 100,00 manat məbləğində pul göndərmişdir. Beləliklə, borclu Şəxs onun iş üzrə icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 25 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. İş üzrə icra sənədini icra edə bilməməsini Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 23 dekabr 2022-ci il tarixədək çəkməsi, bundan sonra isə özünün və ailə üzvlərinin maddi vəziyyətinin pis olması ilə izah edir. Buna görə də zərərçəkmiş şəxsə icra sənədini icra etməsi ilə əlaqədar hər ay yalnız 200,00 manat məbləğində pul ödəyə bilər. Bununla bağlı zərərçəkmiş şəxslə razılıq əldə edə bilməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, Şəxs iş üzrə icra sənədini ona hər ay ən azı 2000,00 manat məbləğində pul verəcəyi şərtilə icra etməsini qəbul edə bilər. Şəxs iş üzrə icra sənədini icra etmədiyinə görə sonuncunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsini və barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında 25 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün 10 və 19 yanvar 2023-cü il tarixlərdə şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən Şəxs icra sənədi üzrə 18 və 25 yanvar 2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs poçt vasitəsilə cəmi 100,00 manat məbləğində pul göndərməsini guya icra sənədini icra etmək niyyətində olmasına və icra məmurunun ona icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməsinə dair görünüş yaratmaq istəyi kimi qiymətləndirilməli olduğunu da nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 25 yanvar 2023-cü il tarixdən saat 14:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aqil Musayev
Məhkəmə qərarları › İş №3(064)-33/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-33/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver