Məhkəmə qərarları › İş №3(064)-334/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-334/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-334/2023 21.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, Sumqayıt şəhər Pİ DYPŞ-dən Şəxs barəsində daxil olan inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2022-ci il tarixli, Ap № ******* inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs Sumqayıt şəhəri Koroğlu-Ü.Hacıbəyov küçələrinin kəsişməsində hərəkətdə olan zaman təkərlərin və şinlərin nasaz olması səbəbindən saxlanılmışdır. Yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş halda idarə etdiyi məlum olmuşdur. Həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunan inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, qeyd olunan inzibati xəta Sumqayıt şəhərində baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs araşdırma zamanı izahatı alınmamış və inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasına dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. AR İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 03 may 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 109 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Sumqayıt şəhər Pİ DYPŞ-dən Şəxs barəsində daxil olan inzibati xəta haqqında iş üzrə icraat materialı icraata götürülmədən geri qaytarılsın. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Yaşar Həşimov İş 3(064)-334/2023 Məhkəmə iclasından kənar prosessual hərəkətlərin aparılması haqqında PROTOKOL Füzuli Rayon Məhkəməsi 21 iyul 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, Sumqayıt şəhər Pİ DYPŞ-dən Şəxs barəsində daxil olan inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, Q Ə R A R A A L D İ M: Sumqayıt şəhər Pİ DYPŞ-dən Şəxs barəsində daxil olan inzibati xəta haqqında iş üzrə icraat materialı icraata götürülmədən geri qaytarılsın. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar