Məhkəmə qərarları › İş №3(064)-336/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-336/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-336/2023 24.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, Füzuli RPŞ-dən Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2023-cü il tarixli, İXP ******* inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00-da “KİA CERATO” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Həmin inzibati xəta haqqında protokola əlavə edilmiş 13 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00-da sürücülük vəsiqəsinin və etibarnamənin müddəti bitdikdən sonra idarə etdiyi “KİA CERATO” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobillə Mincivan-Hacıqabul avtomobil yolunun Hacıqabul rayonu istiqamətində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindən keçən 150-ci km-də hərəkətdə olarkən qarşısına azyaşlı uşaq çıxdığı üçün həmin uşağı avtomobillə vurmamağa görə qarşı hərəkət zolağına çıxmış və nəticədə avtomobilin idarəetməsini itirmiş, onun avtomobilinin qarşı hərəkət zolağında yolun ehtiyat hissəsində dayanmış vəziyyətdə olan “VAZ-2109” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfinə dəymiş, toqquşma nəticəsində “VAZ-2109” markalı avtomobil orada olan transformatorun dəmir torla hasarlanmış hissəsinə dəyməsinə görə həmin avtomobildə olan sürücü X2 və sərnişin X1 dərəcəsi təyin olunmayan bədən xəsarətləri almışdır. Həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunan inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslərin ikisi də dərəcəsi təyin olunmayan bədən xəsarətləri almışlar. Hadisə nəticəsində “VAZ-2109” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyməsinə dair ziyan aktı isə materiala əlavə edilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 03 may 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 109-cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Füzuli RPŞ-dən Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialı icraata götürülmədən geri qaytarılsın. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2109” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə dair ziyan aktı əlavə edildikdən sonra toplanmış materiallar təkrarən məhkəməyə təqdim edilə bilər. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar