Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-336/2024 20.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, X2 tərəfindən verilmiş onun barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair vəsatətə baxaraq MÜƏYYƏNETDİ: X2 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair vəsatət tərtib edərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, vəsatət ona əlavə olunmuş sənədlərlə birlikdə X1 geri qaytarılmalıdır. Belə ki, iş materiallarında mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar, həmçininin izibati tənbeh vermə haqqında qərar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-in: - 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir. - 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: - 106.0.5-ci maddəsinə əsasən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmalıdır; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanmış icraata xitam verilməsinə dair vəsatət ona əlavə olunmuş sənədlərlə birlikdə X1 geri qaytarılsın. Hakim: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-336/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-336/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver