Məhkəmə qərarları › İş №3(064)-337/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-337/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-337/2024 13.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Füzuli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1967-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subat, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə başlanması barədə 13 may 2024-cü il tarixli qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında iş üzrə icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 21 aprel 2024-cü il tarixdə saat 17 radələrində əvvəllər arvadı olmuş Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla burun nahiyyəsinə zərbə vurması nəticəsində dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, beləliklə də döyməklə fiziki ağrı yetirmişdir. Buna görə də 13 may 2024-cü il tarixdə Füzuli rayon prokuroru, ədliyyə müşaviri Elnur Rüstəmov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X1 verdiyi izahatında Füzuli Rayon Polis Şöbəsində araşdırılması aparılmış HK-1/468-2024 nömrəli material üzrə Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda inzibati xəta törətməsinin müəyyən edilməsi əsasında 13 may 2024-cü il tarixdə Füzuli rayon prokuroru, ədliyyə müşaviri Elnur Rüstəmov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 21 aprel 2024-cü il tarixdə saat 17 radələrində əvvəllər arvadı olmuş Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla burun nahiyyəsinə zərbə vurması nəticəsində xəsarət yetirmişdir. Törətdiyi həmin əməldən səmimi peşimandır. Sonuncu il barışdığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında işin halları barədə eyni məzmunda göstərmiş, əlavə olaraq Şəxs ilə barışdığını qeyd edib sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - məhkəmə-tibbi ekspertizasının 27 aprel 2024-cü il tarixli, 103/24 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş burun nahiyəsindəki sıyrıq bərk küt əşyanın təsirindən törənmiş, müayinə olunanın göstərdiyi 21 aprel 2024-cü il tarixdə və şəraitdə yarana bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Füzuli Rayon Polis Şöbəsində araşdırılması aparılmış HK-1/468-2024 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 08 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda inzibati xəta törətməsi müəyyən edildiyinə görə sonuncu barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icrratın başlanması üçün qərarın surəti Füzuli rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi onun məhkəmə iclasında və Füzuli RPŞ-də aparılan araşdırma zamanı özünün verdiyi etirafedici izahatları ilə yanaşı, Zərərçəkmiş şəxs verdiyi izahatları, məhkəmə-tibbi ekspertizasının 27 aprel 2024-cü il tarixli, 103/24 nömrəli rəyi, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda həmin iş üzrə icraata xitam verilir. Məhkəmə göstərilən işin halları və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə Şəxs barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 39.1, 40, 43, 53.1.9, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar