Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-337/2025 20.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan–Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil və Zərərçəkmiş şəxs Əziz oğlunun iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Fin qəsəbəsi ev 92-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra–Füzuli RİP) daxil olmuş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-15/2025 saylı qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra sənədindəki tələbi Füzuli RİPŞ-nin böyük icra məmuru X4 tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X4 tərəfindən X1 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 2(064)-15/2025 saylı icra sənədinə əsasən borclu Şəxs 6200 manat borc tələbkar Zərərçəkmiş şəxs Əziz oğlunun 125 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.İcra sənədi üzrə 07 aprel 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs yaşadığı ünvana göndərilmiş sonradan ona rəsmən təqdim edilmişdir. Pul borcunun ödənilməsi üçün borclu Şəxs rəsmi xəbərdarlıq məktubları göndərilmiş, onunla telefon əlaqəsi saxlanılsa da icra sənədi üzrə olan pul borcunu tələbkarın xeyrinə ödənilməmişdir. Bu da tələbkarın haqlı narazılığına və müvafiq dövlət orqanlarına şikayət edilməsinə səbəb olmuşdur.Borclu Şəxs alınmış izahatda o, heç bir yerdə işləmədiyini öhdəsində 3 azyaşlı övladlarının olmasını çətinliklə ailəsini dolandırdığını, bugünə tələbkarın xeyrinə 60 amanat pul ödəyəcəyini növbəti aylardan da başlayaraq tələbkarın xeyrinə yalnız 60 manat ödəyəcəyini bildirmişdir.Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, borclu borcunu hissə-hissə ödəmək üçün bir neçə dəfə şöbəyə gələrək icra sənədi üzrə borcunu tələbkara yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra vərəqəsi üzrə 6200 manat pul borcunun tələbkar Zərərçəkmiş şəxs Əziz oğlunun xeyrinə ödənilməsi üçün Füzuli RİPŞ-nə çağırılmış, ona rəsmi xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. O, borcunu tam şəkildə ödəyə bilmir. Hazırda heç bir yerdə işləmir. Hazırda ümumi borcundan 60 manat ödəyə bilər, qalan borcunu isə hər ay 240 manat olmaqla hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bunları nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əziz oğlu bildirmişdir ki, hazırda borclu onun xeyrinə icra sənədi üzrə ödəniş etməmişdir. Onun maddi imkanı çox zəifdir. 3-cü qrup əlildir. Hazırda borclunun icra sənədi üzrə ona olan borcunun tam şəkildə ödənilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil müdafiə etdiyi şəxsin hazırda işləməməsini və maddi vəziyyətinin zəif olması səbəbindən icra sənədi üzrə borcunu ödəyə bilmədiyini qeyd edərək onun barəsində qərarın çıxarılmasını məhkəmənin mühaziləsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu X2 icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: -məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan: -İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, bir neçə dəfə yazılı xəbərdarlıqlar borclu Şəxs rəsmən təqdim edilmiş, lakin borclu icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. Məhkəmə Şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyətinə görə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 528.1ci maddəsi ilə onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmanlıq keçirməsi məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-337/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-337/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver