Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-342/2025 21.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenatı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1997-ci ildə Füzuli Rayonu, Horadiz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Füzuli Rayonu, Horadiz şəhəri, Azadliq Küçəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenatı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsin sahə rəisi, polis leytenatı X2 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 11 radələrində Füzuli rayonu, Zobucuq 3 saylı qəsəbə ərazisində yerləşən yanacaq doldurma mətəqəsində 200 manat nağd pul və eləcədə 40 manat dəyərində benzini sataraq 240 manat pulu mənimsəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, 03 sentyabr 2024-cü il tarixdə Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yanacaq doldurma məntəqəsindən nağd pulu oğurlamışdır. Belə ki, dayısı Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, həmin yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. 02 sentyabr 2024cü il tarixdə dayısının Füzuli rayonu, Zobucuq qəsəbəsində yerləşən ailə üzvləri ilə yaşadığı evə qonaq getmiş, həmin gün axşam saatlarında dayısı ilə danışıqlar zamanı dayısı İrasif növbəti günü, yəni 03 sentyabr 2024-cü il tarixdə işlədiyi yanacaq doldurma məntəqəsində növbədə olduğunu, lakin şəxsi işi ilə əlaqədar olaraq Füzuli rayonu, Horadiz şəhərinə getməli olduğunu, bu səbəbdən 2-3 saatlıq yanacaq doldurma məntəqəsində onu əvəz etməyini söyləmişdir. O da əvvəllər də dəfələrlə dayısının əvəzindən yanacaq doldurma məntəqəsində işlədiyi üçün, həmçinin işin təşkilindən məlumatı olduğu üçün razılıq vermiş və həmin gecəni dayısıgildə gecələmişdir. 03 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində dayısı ilə Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbələrində yerləşən yanacaq doldurma məntəqəsində getmiş, Zərərçəkmiş şəxs1 orada işləyən digər operatordan növbəni təhvil almışdır. Bundan sonra dayısı xırda pul əskinaslarından ibarət olan ümumilikdə xatırladığı qədəri 150-200 manat nağd pulu ona vermiş, həmçinin yanacaq doldurma məntəqəsinin istirahət otağında olan kiçik ölçülü, pul saxlamaq üçün istifadə olunan qutunu ona göstərib içərisində xırda pul əskinaslarından ibarət xatırladığı qədəri ilə 700 manata yaxın pul olduğunu, qutunun açarının isə həmişəki yerdə, yəni televizorun arxa hissəsində olduğunu, həmin pullardan yanacaq doldurma məntəqəsinə yanacaq almaq üçün gələn müştərilərin qalıq pulunu qaytarmağını söyləmişdir. Bundan sonra dayısı oradan uzaqlaşaraq Füzuli rayonu, Horadiz şəhərinə getmişdir. O, təxminən 2 saat müddətində orada işləmiş, həmin vaxt 3-4 avtomobil ora gələrək yanacaq vurmuşdur. Həmin tarixdə, saat 11 radələrində orada olan pulları götürərək Bakı şəhərinə getmək qərarına gəlmiş və bu məqsədlə həmin vaxt dayısının ona verdiyi nağd pulu, yuxarıda qeyd etdiyi qutunun içərisində olan xatırladığı qədəri ilə 700 manat yaxın pulu və təxminən 50 manat dəyərində satdığı yanacağın pulunu heç kimə məlumat vermədən götürərək Bakı şəhərinə getmişdir. Bundan sonra o həmin pulları Bakı şəhərində öz əyləncəsinə xərcləmişdir. Növbəti gün ona məlum olmuşdur ki, dayısı və dayısının gəlini Aynur Hüseynova onun barəsində Füzuli rayon Polis Şöbəsinə şikayət ediblər. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında Şəxs tərəfindən ona dəymiş 240 manat ziyanın tam ödənildiyini, ona görə onunla barışdıqlarını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında Şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə onunla barışdıqlarını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin izahatlarını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində saat 11 radələrində Füzuli rayonu, Zobucuq 3 saylı qəsəbə ərazisində yerləşən yanacaq doldurma mətəqəsində 200 manat nağd pul və eləcədə 40 manat dəyərində benzini sataraq 240 manat pulu mənimsəmişdir. Nəticədə Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, vurulmuş zərər onlara tam olaraq ödənildiyi üçün onlar Şəxs ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsin əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərər ödənilmişdir, onlar bir-birilə barışmışlar, zərərçəkmiş şəxslər iş üzrə icraata xitam verilməsini xahiş edir. Bu səbəbdən qanunun yuxarıda göstərilən norması rəhbər tutulmaqla Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-342/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-342/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver