Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-350/2024 24.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, xx.xx.1966-cı il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Alxanlı kəndində qeydiyyatda olan Şəxs Yunis oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxara MÜƏYYƏNETDİ: Qaradağ Rayon Polis İdarəsinin polis leytenantı X1 Səfi Yunis oğlu barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yunis oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ondan hər hansı vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xətadır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, EQ 13875477 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın və digər sənədlərin surətlərindən görünür ki, Şəxs Yunis oğlu Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində 10 manat məbləğində inzibati cərimə təyin edilmiş, 6 manat məbləğində dəbbə pulu hesablanmış, ona həmin cərimə və dəbbə pulunun ödənilməsi müddəti, yeri, qaydası və vaxtında ödənilməməsinin məsuliyyəti bildirilsə də, o, həmin cərimə və dəbbə pulunu ödəməməklə göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Beləliklə də, Şəxs Yunis oğlunun göstərilən əməlində Azərbaycan Respublikası İXMin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Beləliklə, məhkəmə inzibati xəta haqqında toplanmış materialları tədqiq edib, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Yunis oğlu Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətə məhdudlaşdırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 31, 61, 114, 115, 117, 127-129-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Yunis oğlu Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs Yunis oğlunun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin əvvəli sürücülük vəsiqəsinin alındığı gündən hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-350/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-350/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver