Məhkəmə qərarları › İş №3(064)-357/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-357/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-357/2024 15.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Füzuli rayon prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşunas Cəfərov Rəhman Zakir oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oruc oğlunun zərərçəkmiş şəxs X1 və müdafiəçisi Nuriyev Rahib Pənah oğlunun iştirakları ilə, xx.xx.1996-cı il tarixində Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli rayon prokuroru, ədliyyə müşaviri Elnur Rüstəmov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarda göstərilmişdir ki, Şəxs 16 aprel 2024-cü il tarixdə saat 16 radələrində qonşusu X2 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun dodağına yumruqla bir dəfə zərbə vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Həmin qərar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşunas X3 bildirdi ki, Şəxs 16 aprel 2024-cü il tarixdə saat 16 radələrində qonşusu X2 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun dodağına yumruqla bir dəfə zərbə vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Odur ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, 16 aprel 2024-cü il tarixdə saat 16 radələrində Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Füzuli şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında qonşusu X2 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə zərbə vurmuşdur. Hazırda onunla barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 bildirdi ki, Şəxs 16 aprel 2024-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı ona zərbə vurmuşdur. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işə əlavə olunmuş Füzuli RPŞ TB-nin təhqiqatçısı polis baş leytenatı Müşfiq Məmişov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərardan görünür ki, həmin qərarın nəticə hissəsində Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, o, Şəxs ilə barışdığından ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları və digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır. Lakin bununla yanaşı, zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışlar. Belə olan halda məhkəmə hesab edir ki, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 39.1. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, R.Həşimov barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 106-115 və 510-cu maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar