Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-358/2024 16.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 16 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında iş üzrə icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 15 may 2024-cü il tarixdə qanunsuz olaraq psixatrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) istehlak etmişdir. Bu fakt onun 15 fevral 2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı Füzuli rayonu, Fin qəsəbəsi ərazisində Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə gətirilməsi və 16 fevral 2024-cü il tarixdə tibbi müayinə edilməsi nəticəsində aşkar edilmişdir. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 16 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə sonuncunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iş üzrə inzibati xəta haqqında protokol tərtib edən RPŞ-nin polis sahə rəisi, polis leytenantı X1 bildirdi ki, Şəxs 15 may 2024-cü il tarixdə qanunsuz olaraq metamfetamini istehlak etməsi həmin tarixdə saat 23:00 radələrində Füzuli RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı Füzuli rayonu, Fin qəsəbəsi ərazisində saxlanılıb Füzuli RPŞ-yə gətirilməsindən sonra 16 fevral 2024-cü il tarixdə saat 01 radələrində tibbi müayinə edilməsi nəticəsində aşkar edildiyinə görə X1 barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Füzuli rayonu, Fin qəsəbəsində bərbər işlədiyi bərbərxananın yaxınlığında bir ədəd kiçik bükümdə tapdığı metamfetamindən 15 may 2024-cü il tarixdə bərbərxananın yaxınlığında istifadə etmişdir. Həmin gün saat 23 radələrində Füzuli RPŞ-nin əməkdaşları onu narkotik vasitədən istifadə etməsi şübhəsilə işlədiyi bərbərxananın yanında saxlayıb razılığı ilə Füzuli RPŞ-yə gətirmişlər. 16 fevral 2024-cü il tarixdə saat 01 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə edilərkən onun metamfetamindən istifadə etməsi müəyyən edilmişdir. Bu faktla razıdır. Törətdiyi həmin əməldən səmimi peşimandır. Barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - 16 may 2024-cü il tarixli, 271 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, həmin tarixdə müayinə zamanı Şəxs metamfetamini istehlak etməsi müəyyən edilmişdir. - 16 may 2024-cü il tarixli, AZA 021146 nömrəli “inzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs iş üzrə 16 may 2024-cü il tarixdə saat 01:15-də inzibati qaydada tutulmuşdur. İş üzrə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində qanunsuz olaraq psixotrop maddələrin qanunsuz olaraq istehlakına görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də aparılan araşdırma zamanı özünün verdiyi etirafedici izahatları ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş 16 may 2024-cü il tarixli, 271 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və digər sənədlərlə tam sübuta yetirilmişdir. - əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. “Elektron məhkəmə portalı”ndan əldə edilmiş məlumatdan görünür ki, Şəxs işləmir, sosial müavinət və əmək pensiyası almır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, onun şəxsiyyəti, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 15 may 2024-cü il tarix saat 23:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsi və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-358/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-358/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver