Məhkəmə qərarları › İş №3(064)-368/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-368/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-368/2024 20.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X6, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Füzuli Rayon Polis Şöbəsinin nümayəndəsi - polis sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmran oğlu və onun müdafiəçisi Vəkil iştirakları ilə, Şəxs İmran oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs İmran oğlu barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş 20 may 2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Həsənov X4 Xanış Əli oğluna aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı döş qəfəsini sıxması nəticəsində dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan olan Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X2 iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinə əsasən hazırki işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsinin səbəblərini əsaslandıra bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs İmran oğlu (bundan sonra – Sənan) Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində qonşuluqda yerləşən evin həyətində onun arvadı barəsində əxlaqsız söz dediyinə görə 14 aprel 2024cü il tarixdə o və arvadından üzr istəmək üçün qardaşı Zamanla birlikdə onların yaşadığı evin həyətinə gəlmişlər. Sənan ona namuslarının bir olduğunu deyəndə o, Sənana cavabında öz qeyrətini çəkməsini demişdir. Sənan hər iki qolu ilə onun hər iki qolaltı nahiyəsini sıxmış, nəticədə həmin nahiyələrində qançır xəsarətləri yaranmışdır. Sənanla barışmır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmran oğlu verdiyi izahatında göstərmişdir ki, o, 13 aprel 2024-cü il tarixdə Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən yaşadığı evə getmək istəyərkən sərxoş vəziyyətdə olduğuna görə qonşuluqda yerləşən, Fətxanın yaşadığı evin həyətinə daxil olmuş, sonuncu onu yaşadığı ünvana aparmışdır. 14 aprel 2024-cü il tarixdə qardaşı Zaman onunla mobil telefon vasitəsilə danışarkən ondan 13 aprel 2024-cü il tarixdə qonşusu Fətxanın yaşadığı evin həyətində olanda Aynur adlı qadın barəsində əxlaqsız söz deyib-demədiyini soruşmuşdur. O, cavabında həmin vaxt sərxoş vəziyyətdə olduğuna görə yaşadığı ünvanı səhv salıb Fətxanın yaşadığı evin həyətinə girdiyini demişdir. 13 aprel 2024-cü il tarixdə o, qardaşı Zamanla Aynur və əri Xanışdan üzr istəmək üçün sonuncuların Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yaşadıqları evin həyətinə getmişlər. Orada Aynur və əri Xanışdan Aynur barəsində dediyi əxlaqsız sözlərlə bağlı üzr istəmişdir. Bu zaman Aynurun qardaşı Şamil Zamana qarşı nalayiq sözlər demişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış, mübahisə zamanı o, hər iki əli ilə Xanışın belindən tutub mübahisəyə qoşulmamasını istəmiş, bundan sonra yaşadığı ünvana getmişdir. Bu hərəkətindən səmimi peşimandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 aprel 2024-cü il tarixli, 99/24 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sol gözaltı və döş qəfəsi nahiyələrindəki qançırlar bərk küt əşyanın təsirindən törənmiş, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə yaran bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 may 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Füzuli RPŞ-də araşdırılması aparılmış HK-1/433 nömrəli material üzrə Şəxs İmran oğlu barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün həmin qərarın surəti Füzuli RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə hazırki işə məhkəmədə baxılması üçün prosessual əsasın olubolmamasına hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır. İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs 15 aprel 2024-cü il tarixdə Füzuli RPŞ-yə verdiyi: - HK-1/433 nömrə altında qeydə alınmış yazılı ərizəsində 14 və 15 aprel 2024-cü il tarixlərdə həmkəndliləri olan qardaşlar Şəxs və X3 onun şərəf və ləyaqətini alçaltdıqlarını, yalnız 15 aprel 2024-cü il tarixdə Zaman Həsənovun ona sol göz nahiyəsinə başı ilə zərbə vurması nəticəsində xəsarət yetirdiyini, buna görə də Sənan və Zaman Həsənovlar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs həmin ərizəsində 14 aprel 2024-cü il tarixdə Şəxs tərəfindən ona zor tətbiq edilməsini göstərməmiş, Şəxs tərəfindən ona qarşı törədilmiş qanunsuz hərəkətin yalnız onun şərəf və ləyaqətinin alçaldılmasından ibarət olduğunu göstərmiş, buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - izahatında isə 14 aprel 2024-cü il tarixdə Şəxs hər iki qolu ilə onun hər iki qolaltı nahiyəsini sıxdığını, nəticədə həmin nahiyələrində qançır xəsarətlərinin yarandığını göstərsə də, Şəxs barəsində şikayətçi olduğunu göstərməmiş və ya qanuni tədbir görülməsini xahiş etməmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Füzuli RPŞ-də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə hazırki inzibati xəta haqqında iş üzrə icraat həmin Məcəllənin 39.1-ci maddəsinin tələbinə zidd olaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs barəsində müvafiq məzmunda verməli olduğu ərizəsi olmadan başlanmışdır. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İXM-in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5 və 5.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının məzmununa əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələri ilə yanaşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid olduğuna, həmin maddə üzrə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid olduğuna, həmin maddənin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, iki ay müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulduğuna və inzibati həbs tətbiq etmək səlahiyyəti yalnız məhkəməyə aid olduğuna görə iş üzrə səlahiyyətli orqan olan Füzuli RPŞ Şəxs İmran oğlu barəsində başladığı inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə qəbul etdiyi qərardadında Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun olaraq, sonuncu barəsində həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimədən daha ağır inzibati tənbeh olan inzibati həbsin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsinin səbəblərini inzibati xətanın xarakteri, Şəxs İmran oğlunun şəxsiyyəti, onun təqsirinin dərəcəsi və məsuliyyətini ağırlaşdıran hallara istinad etməklə əsaslandırmaq vəzifəsinə əməl etməli idi. Yalnız bu halda hazırki işə məhkəmədə baxılmalı idi. Lakin iş materiallarından görünür ki, səlahiyyətli orqan olan Füzuli RPŞ Şəxs İmran oğlu barəsində başladığı inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə qəbul etdiyi 20 may 2024-cü il tarixli, MN ******* nömrəli qərardadında Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun olaraq, sonuncu barəsində həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimədən daha ağır inzibati tənbeh olan inzibati həbsin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsinin səbəblərini inzibati xətanın xarakteri, Şəxs İmran oğlunun şəxsiyyəti, onun təqsirinin dərəcəsi və məsuliyyətini ağırlaşdıran hallara istinad etməklə əsaslandırmamış, beləliklə də işin baxılmaqdan ötrü məhkəməyə göndərilməsi üçün Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə əməl etməmişdir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Füzuli RPŞnin nümayəndəsi - polis sahə rəisi, polis kapitanı X2 da məhkəmə iclasında verdiyi izahatında hazırki inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsinin səbəblərini Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun şəkildə əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs İmran oğlu barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə Füzuli RPŞyə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 109, 128 və 157-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs İmran oğlu barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Füzuli Rayon Polis Şöbəsinə qaytarılsın. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar