Məhkəmə qərarları › İş №3(064)-369/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-369/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-369/2024 20.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quluzadə Elməddin Oruc oğlunun və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1975-ci il tarixində Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş olmuş 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs mübahisə zamanı Xanış Mirzəyevin gözaltı nahiyəsinə baş zərbəsi ilə vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Həmin protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ-nin sahə rəisi, polis kapitanı X2 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, 15 aprel 2024-cü il tarixdə X5 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı başı ilə zərbə vuraraq sol gözaltı nahiyyəsindən xəsarət almasına səbəb olmuşdur. Hazırda onunla barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 bildirdi ki, Şəxs 15 aprel 2024-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı ona başı ilə zərbə vuraraq sol gözaltı nahiyyəsindən xəsarət almasına səbəb olmuşdur. Həmçinin qohum olduqlarını da qeyd etmişdir. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işə əlavə olunmuş Füzuli RPŞ TB-nin təhqiqatçısı polis leytenatı Əvəz Həsənli tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərardan görünür ki, həmin qərarın nəticə hissəsində Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, o, Şəxs ilə barışdığından ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları və digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır. Lakin bununla yanaşı, zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışlar. Belə olan halda məhkəmə hesab edir ki, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə görə bu Məcəllənin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 39.1, 53, və 106-115-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar