Məhkəmə qərarları › İş №3(064)-37/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-37/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-37/2023 30.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1961-ci il tarixində Füzuli rayonu, Şıxılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Füzuli rayonu, Şıxılı kəndində qeydiyyatda olan və Füzuli rayonu, Mahmudlu-1 kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 13 radələrində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Odur ki, Şəxs barəsində İXM-in 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X4 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 13 radələrində qonşusu Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Ona görə də, barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, Şəxs bu ilin iyul ayında da analoji hərəkətlərə yol verdiyindən inzibati qaydada cərimələnmişdir. Zərərçəkmiş şəxs bildirdi ki, qonşusu Şəxs xx.xx.2023-cü il tarixində saat 13 radələrində ona məxsus torpaq sahəsində mal-qarasını otardığı üçün irad tutduğundan ucadan onun ünvanına nalayiq söyüşlər söymüşdür. Şəxs əvvəllər də belə analoji hərəkətlərə yol verdiyindən hazırda ondan şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü AR İXM-in 510cu maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixində saat 13 radələrində qonşusu Zərərçəkmiş şəxs Taptıq oğlu mal-qara otarmasını ona irad tutduğundan əsəbləşərək Tariyelin ünvanına nalayiq söyüşlər söymüşdür. X1 və X3 bildirdilər ki, Zərərçəkmiş şəxs qonşusu Şəxs xx.xx.2023-cü il tarixində saat 13 radələrində ona məxsus torpaq sahəsində mal-qarasını otardığı üçün ona irad tutmuşdur. Bu zaman İsgəndər Taryeli ucadan nalayiq söyüşlərlə söymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil Şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Materiala əlavə edilmiş 26 iyul 2022-ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada cərimələnmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. Eyni inzibati xətanı il ərzində təkrar törətməsi Şəxs inzibati məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 510-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 30 yanvar 2023-cü il saat 17:10-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli RPŞ və Beyləqan RPŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar