Məhkəmə qərarları › İş №3(064)-37/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-37/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-37/2025 23.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, X3 iştirakı ilə xx.xx.1964-cü il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ANAMA-nın Hadrut bazasında sürücü işləyən, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-nin) 327.2 və 327.8-ci maddələri ilə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Füzuli RPŞ-nin baş leytenantı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 15 avqust 2024cü il tarixdə saat 14:00 radələrində idarə etdiyi ANAMA-nın Hadrut bazasına məxsus «Qazel Biznes 221717» minik markalı, ** YD *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəbrayıl-Füzuli yolunun Füzuli rayonu Yal Pirəhmədli kəndi ərazisində avtomobillə yolun sağ hərəkət zolağı ilə Füzuli istiqamətində hərəkətdə olaraq geriyə dönmək üçün sol hərəkət zolağına manevr edərək geriyə dönməni nəzərdə tutmayan yerdən geriyə dönərkən arxadan Şahid1 idarə etdiyi «KİA K3» minik markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol çiynindən 2 metr sağda asfalt yolun hərəkət hissəsində toqquşmuşdur. Füzuli RPŞ İB-nin baş müstəntiqi Bahadur Hüseynov tərəfindən sürücü Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və 29 dekabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbirlər görülməsi qərara alınmışdır. Məhkəmənin əvvəlki iclasında Füzuli RPŞ-nin baş leytenantı X6 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8-ci maddələri ilə özünü təqsirli bilərək bildirdi ki, 15 avqust 2024-cü il tarixdə, saat 13:30 radələrində Füzuli rayonu, Yal Pirəhmədli kəndində 9 nəfər minaaxtaranlar işlərini qurtardıqdan sonra onları götürmüş və idarə etdiyi avtomobillə Cəbrayıl-Füzuli magistral yolu ilə yeni çəkilmiş yolla Füzuli istiqamətində yola düşmüşdür. O, Xocavənd rayonu, Hadrut qəsəbəsinə qayıtmaq məqsədi ilə yolda orta çəpərin olmadığı yerə çatanda avtomobilin sürətini 10 kilometr saatadək azaltmış və sola dönmə işığını yandırıb sol yan güzgüdə arxadan bir minik avtomobilinin ondan təxminən 250 metr aralıda olduğunu görüb həmişə sola manevr etdiyi yerdən manevr etmişdir. Bu zaman arxadan eyni istiqamətdə hərəkətdə olan minik avtomobili onun idarə etdiyi «Qazel» markalı avtomobilin arxa sol təkərinə çırpılmışdır. Zərbədən idarə etdiyi «Qazel» markalı avtomobil sol yanı üstə aşmışdır. O, avtomobildən çıxdıqdan sonra avtomobildə olan sərnişinlərində çıxarmasına köməklik göstərmişdir. Orada olan ANAMA-ya məxsus «Ambulans» avtomobillərinin sürücüləri hadisəni görüb saxlamışlar və avtomobilində olan sərnişinlərini avtomobildən çıxararaq Füzuli rayon Mərkəzi Xəstəxanasına aparılmalarına köməklik etmişlər. O, yol nəqliyyat hadisəsi yerində öyrənmiş ki, idarə etdiyi avtomobilin arxa sol təkərindən çırpılan «KİA» markalı minik avtomobilinin sürücüsünün İmişli rayon sakini olan Şamxal adlı şəxsdir. Şamxalın avtomobilində bir nəfər sərnişində olmuşdur. O, Şamxal və sonuncunun avtomobilinin adını bilmədiyi sərnişini heç bir bədən xəsarəti almamışdır. Onun avtomobilinin sərnişinləri xəsarətlər aldıqlarına görə onları Füzuli rayon Mərkəzi Xəstəxanasına yola saldıqdan bir neçə dəqiqə sonra yol nəqliyyat hadisəsi yerinə Füzuli rayon Polis şöbəsinin X22 X15 Xidməti Rahib və Bəhruz adlı əməkdaşları gəlmişlər. O, hadisə yerinin baxışında iştirak etmiş və sonra Füzuli rayon Mərkəzi Xəstəxanasınoa sərxoşluq vəziyyəti yoxlanılaraq ondan və digər sürücü Şamxaldan 10 qram qan nümunəsi götürülmüşdür. O, ümumiyyətcə spirtli içki, narkotik vasitə və psixotrop maddə qəbul etmir. Hadisə zamanı heç bir bədən xəsarəti almadığından məhkəmə tibb ekspertizasından müayinədən keçməkdən imtina etmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobilə 5000 (beş min) manatadək maddi ziyan dəymişdir. Əməlindən səmimi peşmandır, parəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdiyi müvafiq hallarla bağlı sonuncu ilə eyni məzmunda göstərmişdir. Şahid1 əlavə olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi yerində «Qazel» markalı avtomobilin sürücüsünün Allahqulu adlı şəxsin olduğunu öyrənmişdir. O, hadisədən əvvəl spirtli içki, narkotik vasitə və psixotrop maddə qəbul etməmiş, yol nəqliyyat hadisəsi nəticəsində özü və avtomobilinin sərnişini Elçin Məmmədov heç bir bədən xəsarəti almadıqlarından məhkəmə tibb ekspertizasından keçməkdən imtina etmişlər. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3, Şahid2 və Şahid5 izahatlarında Şəxs və Şahid1 izahatlarında göstərdikləri müvafiq hallarla bağlı sonuncular ilə eyni məzmunda göstərmişlər. Əlavə olaraq izahatlarında xəsarətləri ilə bağlı sürücülər Şəxs və Şahid1 şikayətlərinin və tələblərinin olmadığını bildirmişlər. İnzibati xəta haqqında materiala əlavə edilmiş: - “SƏRXAN” avtomotoservis və ticarət firması tərəfindən verilmiş 06 sentyabr 2024cü il tarixli, SA 115 nömrəli ziyan aktndan görünür ki, “QAZEL-BİZNES-22717” minik markalı, AZ ** YD *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində cəmi 2340.00 (iki min üç yüz qırx) manat məbləğində maddi ziyan dəymişdir. - "xxxx" MMC-dən verilmiş 12 sentyabr 2024-cü il tarixli zərər aktından görünür ki, «KİA K3» minik markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilə” yol nəqliyyat hadisəsi nəticəsində cəmi 8880 (səkkiz min səkkiz yüz səksən) manat maddi ziyan dəymişdir. - Füzuli rayon Polis şöbəsinin X22 Bölməsinin rəisi polis mayoru Bayram Cəfərovun 02 sentyabr 2024-cü il tarixli, 3-13-73/1-13681/2024 nömrəli raportdan gönür ki, Azərbaycan Respublikası DİN-nin Baş X22 idarəsinin Mərkəzi İnformasiya sisteminə baxış zamanı məlum olmuşdur ki, xx.xx.1964-cü il təvəllüdlü Şəxs adına BB430603 nömrəli, B1,B,C1,C dərəcəli sürücülük vəsiqəsi vardır. Sürücülük hüququndan məhrum edilməmişdir, il ərzində hər hansı hər hansı yol nəqliyyat hadisəsinə səbəb ola biləcək yol hərəkəti qaydaların pozma halı qeydə alınmamışdır, xx.xx.1983-cü il təvəllüdlü Şahid1 adına BB 430603 nömrəli, B,C dərəcəli sürücülük vəsiqəsi mövcuddur. Onun etibarnamə əsasında idarə etdiyi «KİA K3» markalı, 99 VL-904 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.ünvan 1 ünvanında qeydiyyatda olan X4 mülkiyyətindədir. - Yol nəqliyyat hadisəsi Cəbrayıl-Füzuli yolunun 22-ci kilometrliyndə baş vermişdir, həmin yerdə videokamera quraşdırlımamışdır və maksimum sürət həddi 90 km/saatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb eksperiza və X10 «Pubİik hüquqi şəxsi» Beyləqan rayon şöbəsindən verilmiş 04 sentyabr 2022-ci il tarixli, 278/24 №-li ekspert rəyindən görünür ki, X7cia sağ diz oynağı və daban nahiyələrinin yumuşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb eksperiza və X10 «Pubİik hüquqi şəxsi» Beyləqan rayon şöbəsindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 279/24 №-li ekspert rəyindən görünür ki, X8 başın yumuşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb eksperiza və X10 «Pubİik hüquqi şəxsi» Beyləqan rayon şöbəsindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 280/24 №-li ekspert rəyindən görünür ki, X2 bud-çanaq oynağı yumşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb eksperiza və X10 «Pubİik hüquqi şəxsi» Beyləqan rayon şöbəsindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 281/24 №-li ekspert rəyindən görünür ki, X9 döş qəfəsi yumşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təym edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb eksperiza və X10 «Pubİik hüquqi şəxsi» Beyləqan rayon şöbəsindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 282/24 №-li ekspert rəyindən görünür ki, X5 döş qəfəsi və sağ diz oynağı nahiyələrində yumşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb eksperiza və X10 «Pubİik hüquqi şəxsi» Beyləqan rayon şöbəsindən verilmiş 16 sentyabr 2024-cü il tarixli, 290/24 №-li ekspert rəyindən görünür ki, Şahid5 qarın nahiyəsinin sağ yarısında əzilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb eksperiza və X10 «Pubİik hüquqi şəxsi» Beyləqan rayon şöbəsindən verilmiş 16 sentyabr 2024-cü il tarixli, 300/24 №-li ekspert rəyindən görünür ki, Şahid4 baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb eksperiza və X10 «Pubİik hüquqi şəxsi» Beyləqan rayon şöbəsindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, 301/24 №-li ekspert rəyindən görünür ki, Şahid3 baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb eksperiza və X10 «Pubİik hüquqi şəxsi» Beyləqan rayon şöbəsindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, 301/24 №-li ekspert rəyindən görünür ki, Şahid2 baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması,sol bazu və döş qəfəsinin yumşaq toxumalarının əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X10» publik hüquqi şəxsi məhkəmə-kimyəvi ekspertizası şöbəsindən verilmiş 30 avqust 2024-cü il tarixli, 2845/K nömrəli rəydən görünür ki. Şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabioid aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X10» publik hüquqi şəxsi məhkəmə-kimyəvi ekspertizası şöbəsindən verilmiş 30 avqust 2024-cü il tarixli, 2846/K nömrəli rəydən görünür ki, Şahid1 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabioid aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 02 dekabr 2024-cü il tarixli, 8/2588 №-li ekspet rəyində görünür ki,istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “QAZEL-BİZNES-22717” minik markalı, AZ ** YD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - BD ******* №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü ildə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 idarəsi Qİİ/5 sayl Asan xidmət mərkəzindən 13.01,2023-cü ildə 13.01,2033-cu ilədək qüvvədə olan B1,B,C1,C dərəcəli sürücülük vəsiqəsi verilmişdir. - BD 507219 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2023-ci il buraxılış “QAZEL-BİZNES-22717” minik markalı, AZ ** YD *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikasının Minatəmizləmə agentliyi publik hüquqi şəxsinin mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli yol vərəqəsinin sürətindən görünür ki, X1 Mobil bazası tərəfindən “QAZEL-BİZNES-22717” minik markalı, AZ ** YD *** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs etibar etmişdir. - AE 821553 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü ildə imişli rayonu, Xoşçobanlı kəndində anadan olmuş Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 idarəsi imişli RQİTBŞ-dən xx.xx.2019- cü ildə xx.xx.2029-cu ilədək qüvvədə olan B C dərəcəli sürücülük vəsiqəsi verilmişdir. - AD 756723 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2015-ci il buraxılışlı “KİA K3” minik markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.ünvan 1 ünvanında qeydiyyatda olan X4 mülkiyyətindədir. - ƏN-İX 056950 №-li etibarnamənin surətindən görünür ki, X12 “KİA K3" minik markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili 17 yanvar 2024-cü il tarixdə Şahid1 etibar etmişdir. Həmin etibarnamə 1 il müddətinə verilib və 17.01,2025-cü il, saat 23:59dək qüvvədədir. Etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddasinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını nzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, davranışını və məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində həm də İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İXM-in: 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Göründüyü kimi, AR İXM-də şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində İXM-in 327.2 və 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, bunlardan da yalnız 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətinə aiddir. Lakin AR İXM-də bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda (eyni orqanın səlahiyyətinə aid deyilsə) bu əməllərin daha ciddi inzibati xəta ilə əhatələnməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….» Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı çəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq hesab edir ki, Şəxs barəsində İXM-in 327.2 və 327.8-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan İXM-in 327.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 357, 360, 362-365, 371, 425-427, 430-432-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan İXM-in 327.2-ci maddəsi xaric edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar