Məhkəmə qərarları › İş №3(064)-374/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-374/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-374/2025 17.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi X1 iştirakı ilə , X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Qərarı ilə X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. X4 şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildən etibarən Füzuli rayon 9 saylı uşaq bağçasının müdiri vəzifəsində çalışır. Həmin bağçanın işçisi (sanitar dayə) Ceyran Rüstəmovanın şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Qarabağ regional şöbəsi tərəfindən onun barəsində 06 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tədbiri tətbiq edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə 3000 manat cərimə edilmişdir. Qeyd olunan qərarı 15 may 2025-ci il tarixdə poçt vasitəsilə rəsmi olaraq qəbul etmişdir.Barəsində qəbul olunmuş 06 may 2025-ci il tarixli, MN ******* saylı inzibati qərar əsassız qəbul olunmuş və qəbul olunarkən iş üçün əhəmiyyət kəsb edən faktiki hallar düzgün olaraq araşdırmamışdır. Belə ki, qərarda qeyd olunur ki, “X15 əmək müqaviləsi bağlamadan X13 iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur”. Qeyd edir ki, o, Füzuli rayon 9 saylı uşaq bağçasının müdiri vəzifəsində işləsə də, 2018-ci il tarixədək bağçaya işə qəbul etmək kimi səlahiyyəti olmamış, həmin səlahiyyət 2018-ci il tarixdə “asan imza” verildikdən sonra yaranmışdır. Odur ki, X8 RİH-nin yerli icra nümayəndəsi olan Füzuli rayon Qayıdış-2 qəsəbə icra nümayəndəliyi tərəfindən Füzuli rayon 9 saylı uşaq bağçasına sanitar-dayə kimi xx.xx.2015-ci il tarixdə işə qəbul olunmuş, 04 yanvar 2018-ci il tarixdə isə işdən azad edilmiş və onun tərəfindən həmin gün 04 yanvar 2018-ci il tarixdə işə qəbul edilmişdir. Bundan sonra Ceyran Rüstəmovaya işlədiyi illər ərzində işdə yol verdiyi nöqsanlarla əlaqədar olaraq dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, nəticədə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Belə ki, birinci məsələ ondan ibarətdir ki, Ceyran Rüstəmova 01 may 2015-ci il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin Qayıdış-2 qəsəbə icra nümayəndəliyi tərəfindən Füzuli rayon 9 saylı uşaq bağçasına sanitar-dayə vəzifəsinə işə qəbul olunmuş, həmin dövrdə onun “işçini işə qəbul etmək” səlahiyyəti olmamışdır. Bu səlahiyyət ona yalnız 2018-ci ildə "Asan İmza" təqdim olunduqdan sonra verilmişdir. Bundan sonra İcra Nümyəndəliyi tərəfindən 04 yanvar 2018-ci il tarixdə Ceyran Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və onun əmək fəaliyyəti 04 yanvar 2018-ci il tarixdə onun tərəfindən rəsmi əmək müqaviləsi ilə rəsmiləşdirilmiş, elektron informasiya sistemində qeydiyyata alınmaqla qanuni qüvvəsini almış, sonrakı illərdə əmək müqaviləsi ilə işlədilmiş və 31 iyul 2024-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əgər pozuntu yalnız 2015-2018-ci illərə aid idisə və 2025-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qərar qəbul edillmişdirsə, burada inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab olunur. Çünki İXM-in 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyi ilə əlaqədar olaraq inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İkinci məsələyə gəldikdə burada inzibati xətanın tərkib əlamətlərinin olmaması qeyd edilməlidir. Belə ki, əgər qərar qəbul etmiş səlahiyyətli orqanın iddia etdiyi kimi pozuntu davam edən xarakter daşısa idi, bu halda 04 yanvar 2018-ci ildən sonra əmək münasibətləri rəsmiləşdirildiyindən artıq İXM-nin 192.1-ci maddəsinin tərkibi yaranmır və burada pozuntu mövcud deyildir. Belə olan halda, barəsində inzibati məsuliyyət tətbiq edilməsinin heç bir hüquqi əsası yoxdur. Beləliklə, qeyd etdiklərinə əsasən hesab edir ki, inzibati xətalar qanunvericiliyinin nəzərdə tutduğu inzibati xətanın tərkib əlamətləri burada yoxdur, qərar qəbul etmiş səlahiyyətli orqanın istinad etdiyi dəlillər sadəcə olaraq formal mülahizələrə əsaslanmışdır. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, Füzuli rayon 9 saylı uşaq bağçasının işçisi (sanitar dayə) Ceyran Rüstəmovanın şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Qarabağ regional şöbəsi tərəfindən X15 06 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə 3000 manat cərimə edilmişdir. Ceyran Rüstəmovanın əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddənin A (tərəflərdən birinin təşəbbüsü) və C (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndləri ilə xitam verilmişdir. Daha sonra əmək kitabçasında qaralama edərək həmin maddənin A bəndini silmiş və 68-ci maddənin C (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndini saxlamışdır. X7 Rüstəmovanın əmək müqaviləsinə xitam verərkən eyni vaxtda Əmək Məcəlləsinin bir maddəsinin 2 bəndinə istinad edə bilməzdi. Bu zaman X15 tərəfindən pozuntu baş vermişdir. X5 pozuntuya yol verdiyini bilib əmək kitabçasında Əmək Məcəlləsinin 68-ci maddəsinin A bəndini silərək həmin maddənin C (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndini saxlamışdır. Ceyran Rüstəmova bundan haqlı narazılığını bildirmiş, çünki onun əmək müqaviləsinə əmək şəraitinin dəyişməsi ilə xitam verildiyi halda onun əmək haqqısının məbləği azalacaq. X15, Ceyran Rüstəmovaya yeni əmək müqaviləsi bağlamağı təklif edib, lakin sonuncu bununla razılaşmayaraq yeni əmək müqaviləsi bağlamaqdan imtina etmişdir. Bütün bunlara baxmayaraq, əmək müqaviləsi olmadan Ceyran Rüstəmovanı uşaq bağçasında işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Qeyd olunanlara əsasən şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin idarəsi tərəfindən 3000 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən X10 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Ə-37085/2025 saylı bidirişində qeyd edilir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Qarabağ regional şöbəsinin 25 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 06 may 2025-ci il tarixdə saat 10:45-ə təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X21 Xidmətinin Qarabağ regional şöbəsinə (Bərdə şəhəri, Ü.Hacıbəyov küç. 6. Qarabağ Regional “DOST” Mərkəzi. Əlaqə: ***-***-**-**) çağrılırsınız. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz halda Azərbaycan Respublikası İnzibati Xətaiar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə iştirakınız olmadan baxılacaqdır.” - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən X10 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Ə-37085/2025 saylı məktubda deyilir: “X2 Füzuli rayonun 9 saylı körpələr evi-uşaq baxçasında əmək hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Qarabağ regional şöbəsinə verilmiş şikayətinə baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Odur ki, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci madəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN2338665 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir.” - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət agentliyinin Qarabağ Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini Anar X6 tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatda deyilir: “2024-cü ilin yanvar ayından Azərbaycan RespublikasıTəhsil Nazirliyinin maliyyə sistemində “1-C" mühasibatlıq proqramı tətbiq edilmiş və proqramın apardığı hesablamalar zamanı rəhbərlik etdiyim 9 saylı körpələr evi, uşaq bağçasında sanitar dayə vəzifəsində çalışan X11 ixtisas dərəcəsinin aşağı olması müəyyən edilmişdir. Rəhbərlik etdiyim müəsissənin rəhbəri kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə (İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.) əsaslanaraq, əmək şərtlərinin dəyişdirilməsi barədə poçt vasitəsilə (xx.xx.2024-cü il tarixdə SS-620723675; xx.xx.2024-cü il tarixdə SS-7********) Ceyran Rüstəmovaya təklif göndərilmişdir. Təkliflər rəsmi qaydada təqdim olunduqdan sonra o, müqaviləni imzalmaqdan imtina etmiş və köhnə şərtlər ilə işinə davam etməsinin təmin edilməsi üçün müxtəlif dövlət strukturlarına şikayətlər etmişdir. Ceyran Rüstəmova yeni əmək şəraiti ilə işi davam etdirməyə razı olmadığı üçün tərəfimdən həmin Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla işinə xitam verilmişdir.” - Füzuli rayonu, Qayıdış qəsəbəsi 2-9 saylı körpələr evi-uşaq bağçası üzrə xx.xx.2024-cü il tarixli 30 nömrəli əmrdən çıxarışda qeyd olunur: “Qayıdış qəsəbə 2-9 saylı körpələr evi-uşaq bağçasının sanita dayəsi X17 xx.xx.2024-cü il və xx.xx.2024-cü illoı lə bağca işçilərinə göndərilmiş xəbərnamələrdə əmək şərtlərinin dəyişilməsi və əmək haqqlarında olan dəyişiklik barədə göndərilən məktubla razılaşmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən işçinin işinə tək tərəfli xitam verilsin və son pulu hesablansın, özünə bu barədə yazılı məktubla cavab verilsin.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən Füzuli rayon 9 saylı körpələr evi-uşaq bağçasının müdiri X10 ünvanlanmış 25 aprel 2025-ci il tarixli məktubunda deyilir: “X2 Füzuli rayon 9 saylı körpələr evi-uşaq bağçasında əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə müraciətinə Xidmətin Qarabağ regional şöbəsində baxılmışdır. Təqdim edilmiş izahatlara və sənədlərə baxış keçirilərkən tərəfinizdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Odur ki, barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən Füzuli rayon 9 saylı körpələr evi-uşaq bağçasının müdiri X10 ünvanlanmış 06 may 2025-ci il tarixli məktubunda deyilir: “X2 Füzuli rayon 9 saylı körpələr evi-uşaq bağçasında əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə müraciətinə Xidmətin Qarabağ regional şöbəsində baxılmışdır. Təqdim edilmiş izahatlara və sənədlərə baxış keçirilərkən tərəfinizdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Odur ki, qəbul edilmiş qərarın icrasını təmin edərək nəticəsi barədə DƏMX-nin Qarabağ regional şöbəsinə məlumat verməyiniz xahiş olunur. Qeyd: Cərimə məbləği bank, poçt, plastik kart və ya internet vasitəsi ilə Alanın bankı: X12, KOD: 210005, VÖEN ********** Alan: X21 Xidməti, M/H AZ41NABZ ********************,SWİFT BİK: CTREAZ22” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş üzrə sübutlardan müəyyən olunur ki, X3 Ceyran İslam qızı ilə əmək müqaviləsi bağlamadan onu işlərin görülməsinə cəlb etmişdir. Belə olan halda X9 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur və həmin şikayətin dəlilləri qeyd olunan qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Qarabağ regional şöbəsi “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Qərarı qəbul etməkdə haqlı olmuşdur. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar