Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-377/2025 01.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından X1nun şikayətinə baxaraq, məhkəmə müəyyənetdi: X1 məhkəməyə müraciət edərək X3 Xidmətinin Bakı şəhər İdarəsinin 16 may 2025ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında gəlməmiş, lakin şikayətçi məhkəməyə ərizə ünvanlayaraq şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin ərizəsi konüllü iradəsini ifadə edir, bu hal qanunvericiliyin tələblərinə zidd deyil və şikayəti geri götürülməsi qəbul edilə bilər. Şərh edilənlərə əsasən, məhkəmə qəraraaldı: X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından vermiş olduğu şikayət geri qaytarılsın. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-377/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-377/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver