Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-388/2024 22.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, "xxxx" Firmasında operator işləyən, Füzuli rayonu, Füzuli şəhəri, B.Sərdarov küçəsi, ev 71-də qeydiyyatda olan, Füzuli rayonu, Füzuli şəhəri, bina 4, mənzil 77-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 21 may 2024-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Füzuli şəhərində ictimai qayda əleyhinə baş vermiş hadisə zamanı şübhəli şəxsin polis əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə aparılmasının qarşısını almaq məqsədilə polis əməkdaşları ilə mübahisə etmiş, həmin hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, davam etdirmiş, bunun nəticəsində xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X3 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 21 may 2024-cü il tarixdə saat 19 radələrində ona Füzuli rayonu, Füzuli şəhərində ailə münaqişəsi zəmnində hadisə baş verdiyi barədə daxil olmuş məlumat əsasında hadisə yerində olarkən Füzuli şəhər sakini X2 əlindəki armatur parçası ilə qaynanasına hücum etdiyini görmüş, digər polis əməkdaşları ilə birlikdə Elməddin Quliyevi sakitləşdirmək istəsələr də, buna nail ola bilməmişlər. Sonuncu sakitləşməyərək yaxınlıqda yerləşən yerləşən mənzilinə getmiş, oradan gətirdiyi bıçaqla qaynanası, arvadı və polis əməkdaşlarına hücum etmişdir. Elməddin Quliyevi sakitləşdirib, əlində olmuş bıçağı almaq və özünü Füzuli RPŞ-yə gətirmək istədikdə orada olan şəxslər, həmçinin Şəxs Elməddin Quliyevin polis əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə aparılmasının qarşısını almaq məqsədilə polis əməkdaşları ilə mübahisə etmiş, həmin hərəkətlərini polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq, davam etdirmişlər. Bunun nəticəsində Şəxs xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 21 may 2024-cü il tarixdə saat 19 radələrində Füzuli şəhərində yerləşən, özünə məxsus evdə ailəsi ilə birlikdə olmuş, X2 Füzuli şəhərində törətdiyi əməllərdən məlumatı olmamış, sonuncunun polis əməkdaları tərəfindən saxlanılmasını görməmişdir. Çörək almaq məqsədilə mağazaya gedərkən yaşadığı binanın yaxınlığında bir neçə şəhər sakinlərinin polis əməkdaşları ilə mübahisə etdiklərini görmüş, orada qardaşının polis əməkdaşları tərəfindən tutulduğunu görmüş, oraya yaxınlaşıb nə baş verdiyini soruşmaq istəyəndə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, onlara qarşı hər hansı qanunsuz hərəkət etməmiş, onlarla mübahisə etməmişdir. Göstərdiklərinə əsasən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin PPXB-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 izahatlarında işin müvafiq halları barədə X3 ilə eyni məzmunda göstərmişlər. Məhkəmə iclasında müdafiəçi Heydərov X1 Vüsal İlham oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də Şahid1, Şahid2 və Şahid3 şahid qismində verdikləri izahatları və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, inzibati tənbeh növləri olan inzibati həbs və cərimə 535-ci maddənin sanksiyasında müvafiq olaraq bir ayadək müddətə və iki yüz manat məbləğində, 510-cu maddənin sanksiyasında isə müvafiq olaraq on beş günədək müddətə və əlli manatdan yüz manatadək məbləğində nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Şəxs İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə“ və “Xocavəndin azad olunmasına görə“ medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. - Elektron məhkəmə portalından əldə edilmiş məlumatlardan görünür ki, Şəxs evlidir, atası, arvadı və himayəsində olan 2023-cü il təvəllüdlü iki nəfər azyaşlı uşaqları ilə birlikdə Füzuli şəhərində yaşayır, "xxxx" Firmasında operator işləyir, 345 manat məbləğində əmək haqqı alır. Məhkəmə Şəxs İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə“ və “Xocavəndin azad olunmasına görə“ medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olmasını Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə“ və “Xocavəndin azad olunmasına görə“ medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsindən ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 34.3-cü maddəsi tətbiq edilməklə, 535.1-ci maddəsi ilə onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. İş materiallarında olan 21 may 2024-cü il tarixli, AZA 021144 nömrəli “inzibati qaydada tutma haqqında protokolu”nda göstərilmişdir ki, Şəxs iş üzrə 21 may 2024-cü il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs 21 may 2024-cü il tarixdə saat 23:10-da inzibati qaydada tutulduğu müəyyən edildiyinə görə onun 22 may 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 1 (bir) gün müddət nəzərə alınmalı və ona təyin edilmiş inzibati cərimə tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri saxlanılmalı, o, dərhal məhkəmə iclasında inzibati qaydada tutulmadan azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs iş üzrə 21 may 2024-cü il tarixdə saat 23:10-da 22 may 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 1 (bir) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş inzibati cərimə tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri saxlansın. Şəxs dərhal məhkəmə iclasında inzibati qaydada tutulmadan azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-388/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-388/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver