Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-389/2023 02.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1963-cü il tarixində Füzuli rayonu, Aşağı Güzlək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Aşağı Güzlək kəndində qeydiyyatda olan və Füzuli rayonu, Qayıdış-2 qəsəbəsi, ev 93-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2022-ci il tarixində X3 etibarından sui-istifadə edərək sonuncuya məxsus plastik kartdan 393 manat çıxararaq ələ keçirmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi X4 bildirdi ki, Füzuli RPŞ TB-nin təhqiqatçısı X2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs barəsində AR İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X7 bildirdi ki, 2022-ci ilin noyabr ayında qonşusu Tamilə adlı şəxsin vasitəsi ilə Şəxsla tanış olmuşdur. Pula ehtiyacı olduğu üçün Şəxs ona kredit götürməkdə köməklik edəcəyini demiş, 2022-ci ilin dekabr ayının 8-9 tarixlərində Şəxs ona zəng vurub yaşadığı ünvana gələrək ona məxsus əməkhaqqı kartını ondan istəmiş, o, əməkhaqqı kartını nə üçün istədiyini soruşmuşdur. Əjdər bankda bacısı qızının işlədiyini deyib kartı yoxlamaq üçün ondan istəmiş, o, Əjdərə kartında 393 manat pulun olduğunu, kreditini ödəmək üçün kartında saxladığını demiş, Əjdər pula ehtiyacının olmadığını, kartı yoxladıb qaytaracağını dediyi üçün Əjdərə inanıb kartını ona vermişdir. xx.xx.2022-ci il tarixdə saat 18:35 dəqiqədə yaşadığı evdə olarkən telefonuma mesaj gəlmiş, telefonuna baxdıqda əməkhaqqı kartından 393 manat pulunun çıxarıldığını görüb Şəxs zəng vurub nə üçün ona məxsus kartdan pulunu çıxartdığını soruşmuşdur. Şəxs kartdan pulu kartın işləyib işləmədiyinə əmin olmaq üçün çıxartdığını demişdir. O, 393 manat pulun kredit ödənişi olduğunu demiş, Əjdər hazırda Horadiz şəhərində olduğunu, sabahısı gün kartdan çıxartdığı pulu qaytaracağına söz vermişdir. O, dəfələrlə Şəxs məxsus ***-***-**-** nömrəli mobil telefona zəng vurub onunla əlaqə saxlasa da Şəxs ona məxsus kartdan şıxartdığı 393 manat pulu ona qaytarmamışdır. Həmin vaxtdan təxminən 1 həftə sonra Şəxs ona məxsus əməkhaqqı kartını ona versə də, kartdan çıxartdığı 393 manatı verməyib onu aldadaraq müxtəlif bəhanələr gətirmişdir. Şəxs bildirdi ki, təxminən 3 il olar ki, Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini Tamilə adlı qadını tanıyır, Tamilənin təxminən 2 ildir ki, ona 5.000 manat borcu var. O, Tamilə adlı şəxsdən 5.000 manat pulunu istəmiş, Tamilə həmkəndlisi Əli Aslanovun ona 10.000 manat borcu olduğunu, həmin pulu aldıqda ona olan 5.000 manat borcunu verəcəyini bildirmişdir. Təxminən 5-6 ay bundan əvvəl o, Tamilə adlı şəxslə Əli Aslanovun yaşadığı ünvana gedib ondan Tamiləyə olan 10.000 manat pul borcunu istəmiş, X8 rayonunda bir nəfər Seyid adlı şəxsdən alacağı olduğunu bildirmiş, o, Əli Aslanovla birlikdə Beyləqan rayonuna gedib Seyid adlı şəxslə görüşmüş, Seyid adlı şəxs pulunun olmadığını bildirib Əli Aslanova pul vermədiyi üçün Əli Aslanovun əvəzindən Tamiləyə 5000 manat pul vermişdir. 2022-ci ilin dekabr ayının 8-9 tarixlərində Beyləqan rayonu, Daşburun deyilən ərazidə Əli Aslanovla görüşmüş, Əli Aslanov özünə məxsus əməkhaqqı kartını ona verib onun adına kredit götürməsini istəmiş, o, Əli Aslanovun adına kredit götürmək üçün maraqlanmış, Əli Aslanovun adına kredit olduğu üçün ona kredit verilməmiş, o, Əli Aslanova zəng vurub adında kredit olduğu üçün ona kredit verilmədiyini, ona olan borcuna görə kartında olan 393 manat pulu çıxaracağını demiş, Əli Aslanov onunla razılaşdığı üçün Əli Aslanova məxsus kartdan Füzuli rayonu, Bala Bəhmənli ərazisində yerləşən “Mandarin” marketin qarşısında olan bankomatdan 393 manat pulu çıxarmışdır. Bir həftə sonra Əli Aslanov ona olan 5.000 manat borcundan 1.500 manatını verib əməkhaqqı kartının onda qalmasını, hər ay kartdan ona olan borcuna görə pulunu çıxarmasını istəmişdir. O, Əli Aslanovla razılaşsa da təxminən 20-25 gün sonra o, Əli Aslanova məxsus kartı özünə qaytarıb ona olan borcunun hamısını birdən verməsini istəmişdir. X5 olan 5.000 manatdan ona 3.200 manat qaytarsa da 1.800 manat borcunu qaytarmamışdır. O, Əli Aslanovdan ona olan 1.800 manat borcunu verməsini istəsə də Əli Aslanov müxtəlif bəhanələr gətirərək ona olan borcunu verməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Füzuli RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində göstərilir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs dələduzluq yolu ilə zərərçəkmiş şəxs Ə.Aslanovun 393 manatını ələ keçirməklə xırda talama inzibati xətasını törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli mübahisədir ki, bu da öz həllini mülki məhkəmə icraatı qaydasında tapmalıdır. Azərbaycan Respublikası İXM-in təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsində aşağıdakılar göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 106-115 və 227-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Zərərçəkmiş şəxs X6 ona vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-389/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-389/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver