Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-391/2024 22.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Füzuli şəhərində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, TTŞ şirkətində fəhlə işləyən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RPŞ-dən daxil olmuş 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, X6 xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Füzuli şəhərində kütləvi dava zamanı ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən X3 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin sahə rəisi, polis leytenantı X5 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 verdiyi izahatında göstərmişdir ki, xx.xx.20244-cü il tarixdə saat 19 radələrində Füzuli şəhərində marketə gedən zaman qarşıdakı blokda əvvəldən tanış olduğu Elməddinin polis əməkdaşlarına məxsus avtomobilin təkərlərini deşdiyini görərək onu kənarlaşdırmağa cəhd edib. Lakin Elməddin bıçaqla onu hədələyərək kənara çəkilməsini tələb edib. Daha sonra polis əməkdaşları Elməddini saxlayaraq şöbəyə aparıblar və həmçinin o da məsələni aydınlaşdırmaq məqsədilə polis əməkdaşları tərəfindən şöbəyə dəvət edilib. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, X3 iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də özünün verdiyi etirafedici, iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də X6 həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, ən ciddi inzibati tənbeh növü olan inzibati həbs 535.1-ci maddənin sanksiyasında bir ayadək müddətə nəzərdə tutulduğundan X4 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh verilməlidir. Məhkəmə X1 peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən X3 törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 021143 nömrəli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 23:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə X3 iş üzrə 21 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 01 (bir) gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə inzibati tənbeh tədbirini yüngülləşdirilməklə üzərində qəti olaraq 100 (yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X6 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə X6 barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. X3 iş üzrə 21 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 01 (bir) gün müddəti nəzərə alınaraq, ona təyin edilmiş cərimə növündə inzibati tənbeh tədbiri yüngülləşdirilməklə üzərində qəti olaraq 100 (yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri saxlanılsın. Dərhal məhkəmə iclasında inzibati qaydada tutulmadan azad olunsun. Qərarın icrası müvafiq İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-391/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-391/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver