Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-396/2024 03.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, X1, Füzuli Rayon Polis şöbəsinin X2 rəisi X6 iştirakı ilə, X3 Füzuli Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X7 inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Füzuli Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Onun həmin qərardan xəbəri olmamış, Füzuli rayon İcra və Probasiya Şöbəsinin məktubundan sonra həmin qərarın surətini Füzuli Rayon Polis Şöbəsihdən 22 may 2024-cü il tarixdə almışdır. Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X4 qərarda göstərmişdir ki, guya o, iti buruntaqsız gəzdirərkən it vətəndaş Şəlalə Əhmədovanın üzərinə hürməklə qorxutmuşdur. Halbuki, onun itinin Şəlalə Əhmədovanın üzərinə hürdüyündən xəbəri yoxdur, o, həmin vaxt ümumiyyətlə orda olmamış, Şəlalə Əhmədovanın dedikləri hamısı yalandır, heç bir sübutu yoxdur. O, bu barədə polislərə desədə polislər onu eşitməmiş əsassız olaraq ona cərimə yazmışlar. Yazılan qərar əsassızdır, heç bir sübutla təsdiqini tapmır, ona görə də qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən X7 şikayətini müdafiə edərək Füzuli Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi Füzuli Rayon Polis şöbəsinin X2 rəisi X10 qeyd etmişdir ki, vətəndaş X11 İşlər nazirliyinin 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, işdən çıxıb evinə gedərkən evin qapısı açıq olduğundan X5 məxsus it onun üzərinə hürmüşdür. Bunun nəticəsində o, bərk qorxmuşdur. Bu müraciətdən sonra polis əməkdaşı hadisə yerinə getmiş, X5 məxsus itin sonuncunun həyətində buruntaqsız gəzdiyini aşkar etmişdir. X7 həmin iti küçədə buruntaqsız gəzdirməyib, it öz həyətində olub. Ona görə də X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Füzuli Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki: Füzuli Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Hazırki halda səlahiyyətli orqan tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmasına əsas olaraq X3 özünə məxsus iti küçədə buruntaqsız gəzdirməsi və Şəlalə Əhmədovanın üzərinə hürərək onu narahat etməsi aşkar edildiyi göstərilmişdir və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, X7 özünə məxsus iti sözügedən hadisə baş verdiyi zaman küçədə buruntaqsız gəzdirməmiş, X7 orada olmamış, bu halları məhkəmə iclasında verdiyi izahat zamanı səlahiyyətli orqanın nümayəndəsi də təsdiqləmişdir. Qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Lakin səlahiyyətli orqan göstərilən qənaətə gələrkən qanunvericiyilin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır: Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbləri və işin halları baxımından X3 tərəfindən verilmiş şikayət təmin olunaraq, Füzuli Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Füzuli Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-396/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-396/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver