Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-397/2024 05.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul еdilmiş X3, qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin nümayəndəsi X7 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “X12 haqqında” 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli Qərarı ilə 10 may 1964-cü il təvəllüdlü X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul еdilmiş X5 şikayət vеrərək, Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* X12 haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcəbədi şəhərində yerləşən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 tərəfindən tərtib edilmiş «X12 haqqında» 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli Qərarda göstərilmişdir ki, 10 may 1964-cü il təvəllüdlü X5 26 mart 2024-cü il tarixdə Füzuli rayonu Fin qəsəbəsi ərazisində meşə fonduna aid olmayan torpaq sahəsində bioloji inkişafda olan 6 (altı) ədəd tut ağaclarını kök boğazından qəsdən kəsərək məhv etmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də X3 barəsində 2000 (iki min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri ödənilməsi barədə mübahisə olmadıqda təbiətə dəymiş 870 (səkkiz yüz yetmiş) manat ziyan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kart hesabına ödənilməlidir. Qərarda o, da göstərilmişdir ki, qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qərar 26 aprel 2024-cü il tarixdə qəbul olunsa da 15 may 2024-cü il tarixdə rəsmi qaydada ona təqdim olunmuşdur. Ona görə də qərardan məhkəməyə şikayət verilmə müddəti 15 may 2024-cü il tarixdən hesablanmalıdır. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X12 Haqqında 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli qərarını qanunsuz və əsassız hesab edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 270-1-ci maddəsində nəzərdə tutulmuş müddətdə qərardan aşağıdakı əsaslarla qərarın ləğv olunması üçün məhkəməyə şikayət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən tərtib olunuş «X12 haqqında» xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, əməkdaş inzibati xətanı aşkar etməsi barədə protokol tərtib etmiş, protokolu imza etmək üçün ona təqdim etsə də, o, protokola imza etməkdən imtina etmişdir. Bu tamamilə yalandır, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən belə bir protokol tərtib olunmayıb və imza edilməsi üçün ona təqdim edilməyib. Bu hal onunla təsdiq olunur ki, Ekologiya İdarəsinin əməkdaşı ağacların kəsilmə yeri hesab etdiyi əraziyə 26 mart 2024-cü il tarixdə saat təxminən 15 radələrində gözucu baxıb getmiş, heç bir protokol tərtib etməmişdir. 28 mart 2024-cü il tarixdə isə o, ümumiyyətlə Füzuli rayonunda olmamışdır. Buradan da belə çıxır ki, Ekologiya İdarəsinin əməkdaşı xx.xx.2024-cü il tarixli protokolu Ağcəbədi şəhərindəki kabinetində tərtib etmişdir. 2024-cü il Azərbaycanda "X14 Həmrəylik ili" elan edildiyi üçün müxtəlif növ ağacların əkilib becirilməsi maqsədilə yaşadığı Füzuli rayonu Fin qəsəbəsində, qəsəbə nümayəndəliyi tərəfindən əvvəlki illərdə ona istifadəyə yararsız torpaq sahəsi ayrılmış, torpaq sahəsi tərəfindən yararlı hala gətirilib, orada tez boyatan erkək (barsız) tut ağacları əkilərək qulluq edilməklə becərilmişdir. Həmin tut ağacları erkək (barsız) olduğundan o, 26 mart 2024-cü il tarixdə səhər saatlarında ağacları calaq üçün nəzərdə tutulmuş qaydada, yəni kökündən 30- 40 sm yuxarıdan mişarla kəsərək onlara üzərində tumurçuqları olan dadlı ağ tut və xar tut ağac çubuqlarından calaq etmişdir ki, ağaclar böyüyüb bar verərkən Fin qəsəbə sakinləri həmin meyvələrdən bəhrələnsinlər. Lakin 26 mart 2024-cü il tarixdə saat 15-16 radələrində, yəni nahar yeməyindən sonra və qeyri iş günü tanımadığı və özlərini Ekologiya və Təbii Sərvətlər nazirliyi Ağcəbədi şöbəsinin əməkdaşları kimi təqdim etmiş, lakin xidməti vəsiqələrini ona təqdim etməmiş Anar Süleymanov, Rüfət Salehli və Kəramət Balakişiyev tund göy rəngli "Şevralet-Niva" markalı ** PE *** nömrəli avtomobildə yanına gəlib, sərxoş vəziyyətdə onu hədələyərək demişlər ki, onlar reydə çıxmışlar, ağacları kəsdiyinə görə onu 2000 manat məbləğində cərimə edəcəylər. Lakin onlar reyddə olmalarına dair idarə rəisinin əmrini ona təqdim etməmişlər. O, məqsədini həmin şəxslərə izah etsə də, buna məhəl qoyulmamışdır. O, həmin şəxslərin hərəkətlərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" çağrı mərkəzinə istifadəsində olan mobil telefon vasitəsi ilə məlumat vermişdir. Bundan az sonra onu və həmin şəxsləri Füzuli rayon Polis Şöbəsinə çağıraraq ondan izahat almışlar. O, hadisəni olduğu kimi izahatında göstərib həmin şəxslərin sərxoşluğunun yolxanılmasnı və reyd barədə əmrin olub-olmamasını, əgər varsa əmrin surətinin araşdırma materialına əlavə edilməsini polis təhqiqatçısından xahiş etsə də, onun xahişi nəzərə alınmamış əksinə ona təzyiq göstərilərək deyilmişdir ki, o, vəzifəli şəxslərə müqavimət göstərmiş, buna görə də cəzalandırılması üçün məhkəməyə veriləcək. O, həmin ağacları məhv etmək üçün kəsməmiş, istifadəsinə verilmiş torpaq sahəsində özünün əkib becərdiyi erkək (barsız) tut ağaclarını calaq üçün qəbul olunan hissəsindən kəsərək onlara üzərində tumurçuqları olan dadlı ağ tut və xar tut ağac çubuqlarından calaq etmişdir ki, ağaclar böyüyüb bar verərkən Azərbaycan Respublikasının vətəndaşları olan yurd-yuvalarından didərgin düşmüş Fin qəsəbə sakinləri həmin meyvələrdən bəhrələnsinlər. Bağbançılıq elmində barsız ağacın barlı ağaca çevrilməsinin yeganə yolu da budur. Caladığı həmin ağacların calağı artıq boy atıb böyüyür. Lakin qeyd olunan qərarı qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 tərəfindən tərtib edilmiş «X12 haqqında» 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qərar çıxarmanızı xahiş edir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək şikayətinin məzmununa uyğun izahat vеrdi və əlavə оlaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində 6 ədəd ağacı kəsmişdir. Həmin ağacların bar verən ağaclar olmadığı üçün calaq etmək üçün kəsmişdir. Belə ki, həmin ağaclar bar verməyən tut ağacları olmuşdur. Onun əvəzinə bar verən şah tutu ağaclarının tumurcuqlu cubuqlarından calaq etmişdir. Həmin cubuqlar artıq inkşaf etmişlər. Bunu etməkdə məqsədi ondan ibarat imiş ki, qəsəbə sakinlari ağaclar boyüyüəndə meyvəsindən yesinlər. Bütün bunların nəzərə alaraq şikayətinin təmin olunmasını xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin nümayəndəsi X9 bildirmişdir ki, X5 26 mart 2024-cü il tarixdə Füzuli rayonu Fin qəsəbəsi ərazisində meşə fonduna aid olmayan torpaq sahəsində bioloji inkişafda olan 6 (altı) ədəd tut ağacını kök boğazından qəsdən kəsərək məhv etmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də X3 barəsində 2000 (iki min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri ödənilməsi barədə mübahisə olmadıqda təbiətə dəymiş 870 (səkkiz yüz yetmiş) manat ziyan dəymişdir. Həmin ağaclar şəxsin istifadəsində olan torpaq sahəsində əkilməmiş, həmçinin o, bildirmişdir ki, həmin ağaclar artıq xeyli müddətin ağaclarıdır, onları kəsmək olmaz. Bununla bağlı Ali məhkəmənin Plenum qərarı da var. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olan sahədi. O, ərazidə heç cür ağac kəsə bilməz. Onlar həmin şəxsə bütün qanunvericiliyin tələblərini izah etmişlər. Odur ki, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Füzuli RİH başçısının Fin Quraşdırma еvləri üzrə nümayəndəliyinin tarixsiz və nömrəsiz məktubunda göstərilir ki, 2024-cü il Azərbaycanda “X14 Həmrəylik ili” elan edildiyi üçün X4 müxtəlif növ ağacların əkilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsi vеrilib və həmin ərazidə X5 bəzi növ ağaclar əkmişdir. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 10-cu bəndinə əsasən təşkilatlarda tez-tez təkrarlanan birtipli sənədlər (bildiriş, məktub və s.) tərtib edilərkən sənədlərin mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər. Təlimatın 13-cü bəndinə əsasən sənədlər hazırlanarkən təşkilatın adının (bir qayda olaraq sənədin blankında əks etdirilir) və sənəd növünün adının (məktublar istisna olmaqla), sənədin başlığının (mətni A5 (210x148) formatlı kağızda çap olunan sənədlər, teleqramlar və bildirişlər istisna olmaqla) göstərilməsi, sənədlərə ünvan yazılması, tarix və nömrə qoyulması, mətnin razılaşdırılması haqqında qeydlər yazılması, sənədin rəsmiləşdirilməsi, habelə sənədin hərəkəti və icrası haqqında qeydlərin yazılması zəruridir. Məhkəmə Füzuli RİH başçısının Fin Quraşdırma еvləri üzrə nümayəndəliyinin qoyulması zəruri оlan tarixsiz və nömrəsiz məktubunu mötəbər sübut saymır. Еyni zamanda həmin məktubdan X3 bəzi növ ağaclar əkdiyi tоrpaq sahəsinin 2024-cü ildə ayrıldığı görünür. Halbuki, şikayətin dəlillərindən və əlavə еdilmiş fоtоşəkillərdən kəsilən ağacların 2024-cü ildə əkilmiş ağaclar оlmadığı, bununla da həmin ağacların 2024-cü ildə ayrılmış tоrpaq sahəsində yеrləşmədiyi təsdiq оlunur. İş üzrə sübutlarla X1 ağacların оna ayrılmış tоrpaq sahəsində əkilməsi halı təsdiq еdilməmişdir. İşin müəyyən еdilmiş hallarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində 6 ədəd ağacın kəsilməsini müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla qəbul еdilən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı оlmadan həyata keçirmişdir. О da qеyd еdilməlidir ki, kəsimin məqsədindən asılı оlmayaraq X5 ağacların kəsimini səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı əsasında həyata keçirməli idi. Bеlə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir. 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2-ci bəndinə əsasən Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3-ci bəndinə əsasən bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. İş üzrə sübutlarla ümumiyyətlə tut ağaclarının kəsilməsi (yaşıllıqların götürülməsi) üçün hallar da müəyyən еdilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnimunun xx.xx.2022-ci il tariхli Qərarının 2-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. X5 şikayətini еyni zamanda 28 mart 2024-cü il tarixdə Füzuli rayonunda olmaması, barəsində şikayət vеrdiyi qərarın qəbul еdilməsinə əsas оlmuş 28 mart 2024-cü il tarixli protokolun оnun iştirakı оlmadan tərtib edilməsi ilə əsaslandırsa da, həmin tariхdə Füzuli rayonunda olmadığına dair sübut təqdim еtməmiş və həmin hal təsdiq еdilməmişdir. Qеyd еdilən halın sübut еdilməməsi isə 28 mart 2024-cü il tarixli protokolun оnun iştirakı оlmadan tərtib edilməsinə dair X3 bildirdiklərinin işin hallarına uyğun оlmadığını təsdiq еdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə -fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. X5 da xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində 6 ədəd ağacın kəsilməsini müvafiq icra hakimiyyəti orqanının rəyi və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı оlmadan həyata keçirdiyindən, bununla da ağacların kəsilməsi qanunsuz оlduğundan, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvеriciliyin tələblərinin pоzulması isə müəyyən еdilmədiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “X12 haqqında” 26 aprel 2024-cü il tarixli MN ******* nömrəli Qərarı qəbul еtməkdə haqlı оlmuşdur. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı X3 Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli.
Məhkəmə qərarları › İş №3(064)-397/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-397/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver