Məhkəmə qərarları › İş №3(064)-400/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-400/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-400/2024 29.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmran oğlu və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Füzuli rayonu, Araz Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İmran oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İmran oğlu 14 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən hər iki qolu ilə döş qəfəsini sıxması nəticəsində dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə fiziki ağrı yetirmişdir. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 06 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, 15 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə etdiyi müraciət əsasında HK-1/433 nömrəli material üzrə aparılmış araşdırma zamanı Şəxs İmran oğlunun müvafiq əməli törətməsi məhkəmə ilə eyni məzmunda müəyyən edildiyinə görə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olduğu barədə nəticəyə gəlinmiş, bu səbəbdən Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs İmran oğlu barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Füzuli Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 3(064)-368/2024 nömrəli qərarı ilə Füzuli RPŞ-də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə hazırki inzibati xəta haqqında iş üzrə icraat həmin Məcəllənin 39.1-ci maddəsinin tələbinə zidd olaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs barəsində sonuncunun ona xəsarətlər yetirməklə fiziki ağrı yetirməsi, buna görə də qanuni tədbir görülməsi məzmununda verməli olduğu ərizəsi olmadan başlandığı müəyyən edildiyinə görə iş üzrə 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər göstərilən natamamlığın aradan qaldırılması üçün Füzuli Rayon Polis Şöbəsinə qaytarılmışdır. Zərərçəkmiş şəxs 29 may 2024-cü il tarixdə Füzuli RPŞ-yə verdiyi yazılı ərizəsində 14 aprel 2024-cü il tarixdə yaşadığı Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yerləşən, Fətxan adlı qonşusuna məxsus evin həyətində Şəxs İmran oğlunun ona aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən hər iki qolu ilə döş qəfəsini sıxması nəticəsində xəsarətlər yetirdiyini göstərməklə, Şəxs İmran oğlu barəsində qanuni tədbir görülməsini xahiş etdiyini göstərdiyinə görə iş üzrə 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün 29 may 2024-cü il tarixdə yenidən Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X1 20 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmran oğlu verdiyi izahatında göstərmişdir ki, o, 13 aprel 2024-cü il tarixdə Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yaşadığı evə getmək istəyərkən sərxoş vəziyyətdə olduğuna görə qonşuluqda yerləşən, Fətxan adlı şəxsə məxsus evin həyətinə daxil olmuş, sonuncu onu yaşadığı ünvana aparmışdır. 14 aprel 2024-cü il tarixdə qardaşı Zaman onunla mobil telefon vasitəsilə danışarkən ondan 13 aprel 2024-cü il tarixdə qonşusu Fətxanın yaşadığı evin həyətində olanda Aynur adlı qadın barəsində əxlaqsız söz deyibdemədiyini soruşmuşdur. O, cavabında həmin vaxt sərxoş vəziyyətdə olduğuna görə yaşadığı ünvanı səhv salıb Fətxanın yaşadığı evin həyətinə girdiyini demişdir. 13 aprel 2024-cü il tarixdə o, qardaşı Zamanla Aynur və əri Xanışdan üzr istəmək üçün yaşadıqları Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində Fətxan adlı qonşusuna məxsus evin həyətinə getmişlər. Orada Aynur və əri Xanışdan Aynur barəsində dediyi əxlaqsız sözlərlə bağlı üzr istəmişdir. Bu zaman Aynurun qardaşı Şamil Zamana qarşı nalayiq sözlər demişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Xanışı mübahisəyə qoşulmaması üçün hər iki əli ilə belindən tutub kənara çəkmişdir. Bu hərəkətindən səmimi peşimandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs İmran oğlu (bundan sonra – Sənan) yaşadıqları Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində qonşuluqda yerləşən, Fətxan adlı şəxsə məxsus evin həyətində onun arvadı barəsində əxlaqsız söz dediyinə görə 14 aprel 2024-cü il tarixdə Sənan qardaşı Zamanla birlikdə o və arvadından üzr istəmək üçün Fətxanın yaşadığı evin həyətinə gəlmişlər. Sənan ona namuslarının bir olduğunu deyəndə o, Sənana cavabında öz qeyrətini çəkməli olmasını demişdir. Bundan sonra Sənan hər iki qolu ilə onun hər iki qolaltı nahiyəsini sıxmış, nəticədə həmin nahiyələrində qançır xəsarətləri yaranmışdır. Sənanla barışmır, onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 22 aprel 2024-cü il tarixli, 99/24 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sol gözaltı və döş qəfəsi nahiyələrində qançırlardan ibarət xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, sağlamlığa zərər vurmayan olduğuna görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs İmran oğlunun iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi izahatı ilə yanaşı, Zərərçəkmiş şəxs verdiyi izahatı, 22 aprel 2024-cü il tarixli, 99/24 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs İmran oğlu həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs İmran oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs İmran oğlunun törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 7 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs İmran oğlu Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 7 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 may 2024-cü il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar