Məhkəmə qərarları › İş №3(064)-401/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-401/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-401/2025 17.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Beyləqan rayonu Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə əvvəllər məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Füzuli rayonu Alıxanlı kəndində polis postunda sərxoş vəziyyətdə polis postunda polislə mübahisə edərək polisin qanuni əmrinə tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X8 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Füzuli rayonu Alıxanlı kəndində polis postunda sərxoş vəziyyətdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib ictimai qaydanı kobud şəkildə pozmuş, intizama dəvət olunsa da, polisin qanuni əmrinə tabe olmamışdır. Bunun nəticəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Füzuli rayonu Alıxanlı kəndində polis postunda sərxoş vəziyyətdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib ictimai qaydanı kobud şəkildə pozmuş, intizama dəvət olunsa da, polisin qanuni əmrinə tabe olmamışdır. Qeyd etmişdir ki, o, qazidir. Bu səbəbdən hesab etmişdir ki, onun həmin ərazilərə keçmək üçün xüsusi icazə almasına gərək yoxdur. Bu səbədən polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, o, xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd olunanlara əsasən barəsində daha yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməkdaşı X3 ifadəsində bildirmişdir ki, Füzuli Rayonu Alıxanlı kəndində xidməti postda olarkən iki nəfər şəxs onlara yaxınlaşaraq İkinci Qarabağ müharibəsi qazisi olduğunu, işğaldan azad olunmuş ərazilərə keçmək üçün xüsusi icazələrinin olmadığı, Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə keçmək üçün köməklik etməsini istəmişdir. Bu zaman o, həmin şəxslərə portal olmadan həmin ərazilərə keçmələrinin qadağan olmasını bildirilmişdir. Həmin vaxt X1 və Şəxs polis əməkdaşları ilə mübahisə etmişlər. Həmin şəxsləri Füzuli rayon Polis şöbəsinə dəvət etdikdə onlar polis əməkdaşlarına qarşı müqavimət göstərərək nalayiq ifadələr işlətmişlər. Bu proses təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin şəxsləri dəfələrlə sakitləşdirməyə çalışsalar da həmin şəxslər buna məhəl qoymayıblar. İctimai qaydanı pozduğu və polisin qanuni tələblərinə məhəl qoymadıqları üçün “Polis Haqqında” qanunun 26-cı maddəsini rəhbər tutaraq onları RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, Bəhram onun dostudur, 16 iyun 2025-ci il tarixdə səhər saatlarında X10 rayonunda “Şıxəli bulağı” adlanan yerdə çay içməyə getmək istədiklərini bildirmişlər. Bundan sonra onlar Füzuli rayonuna gəlmiş, Füzuli rayonunda hərəkətdə olarkən polis postuna çatmışlar. Həmin vaxt Eldarla o, polis postunun olduğunu, onların həmin ərazilərə getmək üçün müvafiq icazələrinin olmadığını və bu səbəbdən geriyə qayıtmağı bildirmişdir. Həmin vaxt Elgin demişdir ki, “narahat olmayın mənlikdi, gedək mən Sizi keçirdəcəm”. Bundan sonra onlar polis postuna yaxınlaşmışlar və o, avtomobili saxlayaraq orada olan polis əməkdaşına postdan keçmək üçün xüsusi icazənin olmamasını bildirdikdə, polis əməkdaşı oradan keçə bilməyəcəyini deyərək geri qayıtmağı bildirmişdir. Bundan sonra Elgin maşından düşərək postda olan polis əməkdaşına yaxınlaşıb mübahisə etməyə başlamışdır. Lakin o, maşında oturduğuna görə onun polis əməkdaşına hansı sözləri deməsini eşitməmiş, ancaq polislə mübahisə etməsini görmüşdür. Bundan sonra isə Bəhrəm da maşından düşüb onlara yaxınlaşdıqda Elgün daha da çox mübahisə etmişdir, ancaq o, yenə də maşından düşməmişdir. Həmin vaxt polis əməkdaşları onları sakitləşdirərək polis avtomobilinə əyləşdirərək onları polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında müdafiəçi Heydərov X2 Elgin Vahid oğlunun vətən müharibəsində iştirak etməsini, qazi olmasını nəzərə alınaraq barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Füzuli RPŞ-də izahatı alınaraq iş materiallarına əlavə edilmiş X4 izahatı elan edilmiş, sonuncunun izahatı digər Şahid məhkəmə iclasında verdiyi ifadə ilə eyni məzmunda olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı, Şəxs etirafedici izahatı, protokolu tərtib etmiş şəxsin izahatı, şahid ifadələri, iş materiallarında olan bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər, xx.xx.2025-ci il tarixli, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və eləcə də iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. -polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: -43-cü maddəsinə əsasən həmin Məcəllənin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. İş materiallarında olan: -Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Şəxs İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Şuşanın azad olunmasına görə“, “Cəbrayılın azad olunmasına görə“ və “Xocavəndin azad olunmasına görə“ medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. -məhkəmə iclasında baxılmış bir ədəd diskin yaddaşına yazılmış videogörüntülərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Füzuli rayonu Alıxanlı kəndində polis postunda sərxoş vəziyyətdə polis postunda polislə mübahisə edərək polisin qanuni əmrinə tabe olmamışdır. Bunun nəticəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə Şəxs İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Şəxs İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Şuşanın azad olunmasına görə“, “Cəbrayılın azad olunmasına görə“ və “Xocavəndin azad olunmasına görə“ medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olmasını Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Şəxs İkinci Qarabağ müharibəsindəki fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Şuşanın azad olunmasına görə“, “Cəbrayılın azad olunmasına görə“ və “Xocavəndin azad olunmasına görə“ medalları, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə t təltif edilməsindən ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 34.3-cü maddəsi tətbiq edilməklə, 535.1-ci maddəsi ilə onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 021125 nömrəli “inzibati qaydada tutma haqqında protokolu”nda göstərilmişdir ki, Şəxs iş üzrə xx.xx.2025-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulduğu müəyyən edildiyinə görə onun xx.xx.2025-ci il tarixədək inzibati qaydada tutulduğu cəmi 1 (bir) gün müddət nəzərə alınmalı və ona təyin edilmiş inzibati cərimə tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri saxlanılmalı, o, dərhal məhkəmə iclasında inzibati qaydada tutulmadan azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs iş üzrə 15 iyun 2025-ci il tarixdən 17 iyun 2025-ci il tarixədək inzibati qaydada tutulduğu cəmi 2 (iki) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə inzibati tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 100 (bir yüz) manat məbləğində cərimə inzibati cərimə tənbeh tədbiri saxlansın. Dərhal məhkəmə iclasında inzibati qaydada tutlmadan azad olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar