Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-41/2025 16.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Füzuli rayonu, Horadiz şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş 16 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 16 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə saat 04 radələrində küçədə, eyni tarixdə təkrar olaraq saat 15 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs - Füzuli Rayon Polis Şöbəsinin polis leytenantı X2 verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04 radələrində küçədə, eyni tarixdə təkrar olaraq saat 15 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu səbəbdən də onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, A.Bayramova onun keçmiş həyat yoldaşıdır. Bir neçə ay evli qalsalar da sonradan aralarında mübahisə olduğundan ayrılıblar. Lakin o, bir neçə dəfə barışmaq üçün cəhd edib. Bu məqsədlə yenə xx.xx.2025-ci il tarixdə A.Bayramovanın evinə gedib, onu çağırıb, lakin çölə çıxan olmayıb. Daha sonra həmin tarixdə keçmiş qaynanası X.Bayramovanın işlədiyi hərbi mağazaya gedib və A.Bayramova ilə danışmaq istəyib. Bu zaman X.Bayramova onların söhbətinə maneə olub və aralarında mübahisə yaranıb. Mübahisə zamanı əsəbi olduğundan özünü idarə edə bilməyib və uca səslə nalayiq ifadələr işlədib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bayramov Xalidə, Bayramova Ayşən və Bayramova Aygün işin halları barədə protokolun məzmununa uyğun ifadə verdilər. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, şahid qismində dindirilmiş şəxslərin verdikləri izahatlar, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs etdiyi əməl ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində cərimə növündə inzibati tənbehin ən yüksək həddə tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-41/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-41/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver