Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-415/2025 20.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Füzuli rayonu, Dövlətyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(064)- 1679/2024 saylı icra sənədinə əsasən 38500 manat pul borcunun ödənilməsi ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan ödəməmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Məhkəməyə göndərilmişdir. Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə bildirdi ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(064)-1679/2024 saylı icra sənədlərinə əsasən 38500 manat pul borcunun ödənilməsi ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan ödəməmişdir. Bundan əlavə Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 2752/2024 saylı qərarına əsasən cəmi 4179.=,12 manat məbləğində, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(121)- 135/2025 tarixli icra sənədinə əsasən isə cəmi 7046.7 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməlidir. Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilmir. Hal-hazırda borclunun cəmi 38500 manat borcu qalmışdır. Şəxs barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmiş və xx.xx.2025ci il tarixdə saxlanılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əvvəllər heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Borcundan 300 manat ödəmişdir. Hazırda şəxsi sürücü işləyir və 800 manat əmək haqqı alır, borcunu hissə-hissə ödəyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil bildirdi ki, Şəxs 300 manat ödəmişdirsə, deməli bundan sonra da ödəməyə çalışacaqdır. Həmçinin Şəxs işləməsini, 800 manat əmək haqqı almasının nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(064)- 1679/2024 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 38500 manat məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində xx.xx.2025-ci il tarixdən axtarış elan edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olması məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. İnzibati xəta haqqında işə baxılarkən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(064)-1679/2024 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 38500 manat məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir, lakin borclu icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 22 manat pul dövlət büdcəsindən tutularaq Vəkil Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ31 All B******************** saylı, VÖEN: ********** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 02 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 manat dövlət büdcəsindən tutularaq Vəkil Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ31 All B******************** saylı, VÖEN: ********** saylı hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(064)-415/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-415/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver