Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-418/2025 09.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ YPX-nin baş inspektoru polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:44-də “Ford transit yük” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Buna görə də Füzuli RPŞ YPX-nin baş inspektoru polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 329.1 və 343-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ YPX-nin baş inspektoru polis kapitanı X2 tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 343-1.1-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci tarixdə “Ford transit yük” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları onu sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinədən keçməyə dəvət etmişlər, lakin o tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ DYPB-nin YPX-nin inspektoru polis serjantı Şahid izahatında bildirdi ki, xx.xx.2025-ci tarixdə Füzuli RPŞ YPXnin baş inspektoru polis kapitanı X2 ilə xidmətdə olaz zaman Şəxs “Ford transit yük” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlamışlar, Elnur Məmmədovun sərxoşluq vəziyyətinin yoxlanılması üçün onu tibbi müayinədən keçməyə dəvət etmişlər, lakin o tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin verdikləri izahatları, həmçinin inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli 1711 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. - Sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2015-cü il tarixdə «B» kateqoriyalı AE 517105 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs həm də Azərbaycan Respublikası İXM-in 329.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsində şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması üçün bunun eyni orqanın səlahiyyətinə aid olması tələb edildiyinə, eləcə də həmin Məcəllənin 43-cü maddəsində 343-1.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, 329.1 -ci maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmədiyinə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyinə görə iş üzrə inzibati xəta haqqında protokolun Şəxs həm də Azərbaycan Respublikası İXM-in 329.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı hissəsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Odur ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-in 343-1.1-ci maddəsində qeyd olunur ki, Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-in 343-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin əvvəli sürücülük vəsiqəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim edildiyi andan hesablansın Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(064)-418/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-418/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver