Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-421/2025 17.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə və şikayətçi X7 iştirakları ilə X7 AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X12 barəsində AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Füzuli Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlımışdır ki, 2025-ci ilin may ayında İdarənin əməkdaşı Füzuli rayonunun Qazaxlar kəndində yerləşən ona məxsus fermaya gələrək fermadan su arxına çirkab suların və tullantıların axıdılması ilə bağlı kənd sakini İlqar Qəhrəmanovun çikayətinin olduğunu bildirmişdir. X12 fermada saxladığı heyvanların dəmir barmaqlıqlar arxasında saxlanılmasını, heç bir tullantının və çirkab suların arxa axıdılmamasını, həmçinin kənd sakini İlqar Qəhrəmanovun ona qarşı qərəzli şikayət etməsini bildirsə də,buna baxmayaraq barəsində AR İXM-nin 264.0.1-ci və 275.1.1-ci maddələri ilə protokol tərtib edilmişdir. X12 hesab edir ki, protokol əsasında tərtib edilmiş qərar qanunsuz və əsassızdır, ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən qərar qəbul etmiş tərəf - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə fəaliyyət göstərən donuz fermasında əmələ gələn çirkab sular ərazidən keçən suvarma kanalına axıdılır. Qeyd etdi ki, həmin suvarma kanalı Araz çayının supaylayıcı qoluna tökülür. Ərazidə əmələ gələn bütün növ çirkab suların axıdılması üçün heç bir çökdürücü qurğu və şanbo mövcud deyil. Bununla yanaşı, kanalın hövzəsində dəmirdən hasar çəkilərək kiçik bir göl yaradılmışdır ki, bu göldə donuzların donuzların üzməsi nəticəsində kanalın çirklənməsinə yol verilir. Bütün bunlara əsasən şikayət əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X12 ərizəsinin məzmununa uyğun izahat erərək bildirdi ki, onun barəsində qərəzli şəkildə şikayət edilib. İstifadəsində olan fermada əmələ gələn çirkab sular kanala axıdılmır. Odur ki, protokol əsassız olduğu üçün ləğv edilməlidir. İş materiallarında olan: Füzuli rayonunun Qazaxlar kənd sakini X3 məxsus xx.xx.2025-ci il tarixli izahat əsasında müəyyən olunur ki, o, donuz fermasında baş verən qanunsuzluqlarla bağlı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinə müraciət edərək X12 barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli xidməti məruzə, doğruluğu 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X6, baş məsləhətçi Nümayəndə və baş mütəxəssis X4 imzaları ilə təsdiqlənmiş xx.xx.2025-ci il tarixli akt və fotoşəkillər əsasında müəyyən olunur ki, Füzuli rayonunun Qazaxlar kənd sakini X1 müraciəti əsasında onun və X7 iştirakları ilə əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə fəaliyyət göstərən donuz fermasında əmələ gələn çirkab sular ərazidən keçən suvarma kanalına axıdılır, hansı ki, həmin suvarma kanalı Araz çayının supaylayıcı qoluna tökülür. Ərazidə əmələ gələn bütün növ çirkab suların axıdılması üçün heç bir çökdürücü qurğu və şanbo mövcud deyil. Bununla yanaşı, kanalın hövzəsində dəmirdən hasar çəkilərək kiçik bir göl yaradılmışdır ki, bu göldə donuzların donuzların üzməsi nəticəsində kanalın çirklənməsinə yol verilir. Bundan başqa əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, təxminən 7mx4m ölçüdə mişar daşı və kərpic vasitəsilə yeni tikinti obyekti inşa edilmişdir. X12 baxış zamanı iştirak etsə də, lazım olan sənədlərin – izahat, torpağın mülkiyyəti və tikintinin aparılmasına dair sənədlərin surətini təqdim etməkdən imtina etmiş və əsassız etirazını bildirmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında müəyyən olunur ki, X12 xx.xx.2025-ci il tarixdə Füzuli rayonunun Qazaxlar kəndindəki fermasından çirkli suyu suvarma kanalına axıtmaqla su obyektlərinin mühafizəsi qaydalarını pozmaqla, X5 müsbət rəyi olmadan tikinti aparmaqla ekoloji təhlükəsizlik qaydalarını pozmuş, bununla da AR İXM-nin 264.0.1-ci və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə, barəsində inzibati qaydada 600 manat cərimə tənbeh növü tətbiq edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, Ç-BM/4825-091 saylı məktubu əsasında müəyyən olunur ki, İdarənin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surəti icra olunması üçün X8 göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X2 rayonunun Qazaxlar kəndindəki fermasından çirkli suyu suvarma kanalına axıtmaqla su obyektlərinin mühafizəsi qaydalarını pozmaqla, X5 müsbət rəyi olmadan tikinti aparmaqla ekoloji təhlükəsizlik qaydalarını pozmuş, bununla da AR İXM-nin 264.0.1-ci və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olan halda Məhkəmə işin faktiki hallarını və toplanmış sübutları nəzərə alaraq hesab edir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X7 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq qərara aldı: X7 AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-421/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-421/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver