Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-427/2024 10.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Füzuli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Füzuli Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ14787790 saylı inzibati tənbeh vermə haqqında iş üzrə elektron qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 20 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş elektron sorğunun surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş elektron ödəmələr portalından görünür ki, Şəxs onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ14787790 saylı inzibati qərar üzrə cəriməni ödəmişdir. Azərbaycan Respublikası İXM-in: 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1.-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənə əsasən hesab edirəm ki, Şəxs ölməsindən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Füzuli Rayon Polis Şöbəsi Şəxs xx.xx.2023-cü il tarixdə ölməsindən sonra barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP6268753 nömrəli inzibati xəta haqqında protokol tərtib etməklə Azərbaycan Respublikası İXM-in 53.1.8-ci maddəsinin tələbini pozmuşdur. Buna görə də, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Odur ki, göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-427/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-427/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver