Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-43/2024 31.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin rəisi gömrük xidmət kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, №00100-00050/24 saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 31R9070/31RJ194 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixli **********3058 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Bas Gömrük İdarəsində bəyan edildiyi lakin, mallar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömürük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmus 3-33-/3035899/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 31R9070/31RJ194 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmus vüklər üçün Azərbaycan Respublikasının qömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlasdı qırılmış İdarəetmə Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması’ na dair çıxarışdan görünür ki, 31R9Q70/31RJ194 nömrəli nəqliyyat vasitəsi ilə ”SƏMA PLASTİK” MMC nin ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 05:11 radələrində “Mazımqara” qömrük postundan keçməklə Azərbaycan Respublikası qömrük ərazisinə gətirilmişdir. İs üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxıs keçirilməsi haqqında protokoldan qörünür ki. Şəxs MMC tərəfindən Bakı Bas Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********3058 sorqu nömrəli qömrük bəyannaməsi ilə bəyan edilmiş mallar “ANİ PLAST AMBALAJ VE PLASTİK SANAYİ A.Ş şirkətindən 31R9070/31RJ194 nömrəli nəolivvat vasitəsi ilə 24 dekabr 2023-cü il tarixdə saat 05:11 radələrində “Mazımqara” qömrük postundan keçməklə Azərbaycan Respublikasınır qömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar qömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qömrük orqanına verilməmişdir, laki xx.xx.2023-cü il tarixli **********3058 sorqu nömrəli qömrük bəyannaməsi ilə bəyan edilmişdir. lallara dair tərtib edilmiş **********8661 sorqu nömrəli qısa idxal bəyannaməsi mallar qömrük (jrazisinə daxil olduqdan onra xx.xx.2023-cü il tarixdə saat 11:11 radələrində qömrük orqanın rəsmiləşdirmək üçün göndərilmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 mav 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş proses iştirakçılarının nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də ona həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in: 485.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 485.2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, qərar verdi: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-43/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-43/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver