Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-43/2025 16.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Füzuli rayon, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli Rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 84-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli rayonu Horadiz şəhərində “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq “12adsiz20” profilinin istifadəçisinin paylaşdığı videonun şərh bölməsinə polisin ünvanına nalayiq sözlər yazaraq çox saylı insanların diqqətini cəlb edərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında işin hallarının protokolda göstərdiyi məzmunda baş verdiyini göstərmiş, əlavə olaraq qeyd etmişdir ki, “Tik-Tok” sosial şəbəkəsindən mütəmadi olaraq “ATAŞ 019” istifadəçi adı ilə istifadə edir. Bildirmişdir ki, iş materiallarına əlavə edilmiş “Tik- Tok” sosial şəbəkəsindən çıxarılmış ekran görüntüsündə olan polisin ünvanına “ATAŞ 019” istifadəçi adından istifadə edilməklə yazılmış nalayiq ifadələr onun tərəfindən yazılmışdır. O, iş üzrə törətdiyi inzibati xətaya görə səmimi peşmandır, himayəsində 3 azyaşlı xəstə uşaqlarının olmasını, o yazıları yazarkən sərxoş olduğunu və bu səbəbdən də o tərzdə yazıları yazdığını bildirmiş, bir daha belə hallara yol verməyəcəyinə söz vermişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirmişdir ki, Şəxs qeyd olunan inzibati xətanı törətdiyini səmimi etiraf edir, əməlindən peşmandır, himayəsində azyaşlı uşaqları var. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Füzuli rayonu Horadiz şəhərində “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq “12adsiz20” profilinin istifadəçisinin paylaşdığı videonun şərh bölməsinə polisin ünvanına nalayiq sözlər yazaraq çox saylı insanların diqqətini cəlb edərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. - “Tik-Tok” sosial şəbəkəsindən götürülmüş ekran qeydindən görünür ki, Şəxs “Tik- Tok” sosial şəbəkəsində “ATAŞ 019” istifadəçi adından istifadə etməklə polisin ünvanına nalayiq sözlər yazmışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi inzibati xətanı törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. -ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs iş üzrə törətdiyi inzibati xətaya görə səmimi peşmanlıq keçirməsini Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Şəxs himayəsində 3 azyaşlı uşaqlarının olmasını da məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs həmin əməli sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, habelə səmimi peşman olmasından ibarət məsuliyyətini yüngülləşdirən halı və həmin əməlləri sərxoş vəziyyətdə törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 16 yanvar 2025-ci il tarixdən saat 16:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-43/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-43/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver