Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-437/2023 21.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ YPB-nin baş inspektoru polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonu, Kəhrizli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, həmin ünvanda qeydiyyatda olmaqla, hazırda ünvan 2 133-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli RPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialından görünür ki, Şəxs etibarnamə və sürücülük vəsiqəsi olmadan “VAZ 2106” markalı, Az **-BA- *** dövlət nömrə nişanlı avtomobili ilə 20 iyun 2023-cü il tarixdə saat 13 radələrində Hacıqabul-Mincivan yolunun Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsi ərazisindən keçən 139 kilometrlyində hərəkətdə olarkən Füzuli rayonu, Araz Dilağarda kənd sakini X1 idarə etdiyi “Mercedes Benz” markalı, Az **-RX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü gözləmədən 1 saylı Qayıdış qəsəbəsinə dönmə əməliyyatı edərkən Qədir Cəfərov idarəetməni itirməsi nəticəsində Mincivan-Hacıqabul yolunda hərəkətdə olan Füzuli rayonu, Şıxlı kənd sakini X2 idarə etdiyi “Mercedes Benz-C 180” markalı, **-DC-*** dövlət nömrə nişanlı avtomobilə dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Natiq Aslanovun avtomobilində sərnişin kimi olan X5 dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, həmçinin zərərçəkmiş şəxs Natiq Aslanova məxsus avtomobilə 2.650 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında: Füzuli RPŞ YPB-nin baş inspektoru polis leytenantı X6 bildirdi ki, Füzuli RPŞ TB-nin baş təhqiqatçısı S.Süleymanovun 20 iyul 2023-cü il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək bildirdi ki, zərərçəkmiş şəxs N.Aslanova vurulmuş 2.650 manat ziyanın bir hissəsini, yəni təxminən 1.200 manata yaxın hissəsini ödəsə də qalan hissəsini imkansızlıqdan ödəyə bilməmişdir. Odur ki, ona yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş edir. İnzibati xəta haqqında iş materialına əlavə edilmiş “GOLD Avto Servis” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz-C 180” markalı, **-DC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan 2.650 manat qiymətləndirilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. İlk dəfə inzibati xəta törətməsi və eləcə də vurulmuş ziyanın bir hissəsini ödəməsi onun inzibati məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası İXM-in: 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində (xx.xx.2023-cü il tarixli Qanunla edilmiş dəyişikliyədək olan redaksiyada) cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, vurulmuş ziyanın bir hissəsinin ödənilməsini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in: 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş materialları ilə müəyyən edilir ki, zərərçəkmiş şəxs N.Aslanovun idarə etdiyi “Mercedes Benz-C 180” markalı, **-DC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan 2.650 manat qiymətləndirilmiş və bu ziyanın bir hissəsi Şəxs tərəfindən ödənilmişdir (və ya aradan qaldırılmışdır). Odur ki, zərərçəkmiş şəxsə ona vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi tələbi ilə Şəxs qarşı ayrıca mülki məıhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34, 106- 115 və 332.4-cü maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs X3 ona vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi tələbi ilə Şəxs qarşı ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-437/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-437/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver