Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-446/2024 10.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Rusiya Federasiyası Tümen vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş 10 iyun 2024-cü il tarixli, MN 176282 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(064)-1952/2022 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli icra sənədi, Füzuli rayon Notariat Ofisi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli, 8İ-2637 və 8İ-2638 nömrəli icra qeydlərinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin böyük icra məmuru X1 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 10 iyun 2024-cü il tarixli, MN 176282 nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs (bundan sonra - borclu) Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 noyabr 2022-ci il tarixli 2(064)-1952/2022 nömrəli qətnaməsinə əsasən 721 manat əsas və 36 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 787 manat məbləğində pul tutulub tələbkar "xxxx" MMC-yə, Füzuli rayon Notariat Ofisinin 25 oktyabr 2022-ci il tarixli, 8İ-2637 və 8İ-2638 nömrəli icra qeydlərinə əsasən müvafiq olaraq cəmi 222,43 manat və 1040,33 manat məbləğində pul tutulub tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Füzuli Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(064)-1952/2022 nömrəli icra sənədi 26 yanvar 2023-cü il tarixdə, Füzuli rayon Notariat Ofisinin 25 oktyabr 2022-ci il tarixli, 8İ-2637 və 8İ-2638 nömrəli icra sənədləri isə 27 oktyabr 2022-ci il tarixdə Füzuli RİPŞ-ya daxil olmuşdur. Həmin icra sənədləri 10 aprel 2023-cü il tarixli qərara əsasən ümumi icraata birləşdirilmişdir. Borclu icra sənədlərinin icrası ilə əlaqədar dəfələrlə mobil telefon vasitəsilə dəvət olunmasına və icra sənədləri barədə məlumat verilməsinə baxmayaraq, Füzuli RİPŞ-yə gəlməmiş, üzrlü səbəb olmadan icra sənədləri üzrə tələbkarlara hər hansı məbləğdə ödəniş etməmişdir. Bu hal tələbkarların haqlı narazılıqlarına və şikayət etmələrinə səbəb olmuşdur. Buna görə də borclu onun axtarılması haqqında qəbul edilmiş 06 aprel 2023-cü il tarixli qərar əsasında 10 iyun 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Füzuli RİPŞ-yə məcburi gətirilmişdir. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədlərinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 10 iyun 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra məmuru tərəfindən ona iş üzrə icra sənədləri üzrə tələbkarlara orada göstərilmiş məbləğlərdə pul ödəməli olması barədə mobil telefon vasitəsilə məlumat verilmişdir. Həmin borcunu ödəyə bilməməsini, beləliklə də göstərilən icra sənədlərini icra edə bilməməsini maddi vəziyyətinin pis olması ilə izah edir. Hazırda borcundan cəmi 100 manat ödəmişdir. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 10 iyun 2024cü il tarixli, MN 176282 nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİPŞnin böyük icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədlərini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-446/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-446/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver