Məhkəmə qərarları › İş №3(064)-475/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-475/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-475/2023 04.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X2, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Füzuli rayonu, Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, həmin ünvanda qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Şıxlı yatağı adlanan ərazidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Şıxlı yatağı adlanan ərazidə küçədə X1 ünvanına uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X3 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Şıxlı yatağı adlanan ərazidə küçədə aralarında baş vermiş mübahisə zamanı X1 ünvanına uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Ona görə də, onun barəsində AR İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X4 bildirdi ki, qonşusu Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Şıxlı yatağı adlanan ərazidə aralarında su üstündə yaranmış mübahisə zamanı onun ünvanına uca səslə nalayiq söyüşlər söymüşdür. Hazırda şikayətçidir. Belə ki, Şəxs əvvəllər də analoji hərəkətlərə yol vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü AR İXM-in 510cu maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə onunla qonşusu X5 ilə arasında mübahisə düşmüş, lakin o, Taryelin ünvanına nalayiq söyüşlər söyməmişdir. İş üzrə şahidlər X8 və X6 bildirdilər ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Şıxlı yatağı adlanan ərazidə küçədə aralarında baş vermiş mübahisə zamanı X1 ünvanına uca səslə nalayiq söyüşlər söymüşdür. Füzuli Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 3(064)-37/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları və şahid ifadələri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən eyni inzibati xətanı təkrar törətməsi Şəxs inzibati məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edir ki, Şəxs Füzuli Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 3(064)-37/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək 5 gün müddətinə inzibati həbs edilməsinə baxmayaraq həmin qərar qüvvəyə mindiyi gündən bir il ərzində, yəni xx.xx.2023-cü il tarixdə eyni inzibati xətanı təkrarən törətdiyinə görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 510-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il saat 17:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli RPŞ və Beyləqan RPŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar