Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-478/2024 20.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də usta işləyən, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli, 2(064)-543/2014 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 08 oktyabr 2014-cü il tarixli, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(064)-607/2022 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 30 iyun 2022-ci il və 02 avqust 2022-ci il tarixli icra sənədlərindəki tələbləri Füzuli RİPŞ-nin böyük icra məmuru X3 tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 sentyabr 2014-cü il tarixli, 2(064)-543/2014 nömrəli qətnaməsinə əsasən 15 may 2006-cı il təvəllüdlü X6 və 01 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 07 iyul 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağ üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment, Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 iyun 2022-ci il tarixli, 2(064)-607/2022 nömrəli qətnaməsinə əsasən 15 may 2006-cı il təvəllüdlü X6 və 01 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün qət olunmuş alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment və 01 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 mart 2022-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment Şəxs (bundan sonra - borclu) tutulub X4 (bundan sonra – tələbkar) ödənilməlidir. Füzuli Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli, 2(064)-543/2014 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 08 oktyabr 2014-cü il tarixli, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(064)-607/2022 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 30 iyun 2022-ci il və 02 avqust 2022-ci il tarixli icra sənədləri 06 sentyabr 2022-ci il tarixli qərar əsasında bir icraatda birləşdirilmişdir. Borclu icra sənədlərinin icrası ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Füzuli RİPŞ-yə gəlməmiş, həmin icra sənədləri üzrə tələbkara olan 10920 manat aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bu hal tələbkarın haqlı narazılığı və şikayət etməsinə səbəb olmuşdur. Buna görə də borclu onun axtarılması haqqında qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qərar əsasında 20 iyun 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Füzuli RİPŞ-yə məcburi gətirilmişdir. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədlərinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 20 iyun 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. İş üzrə tələbkara olan aliment borcunu ödəyə bilməməsini maddi vəziyyətinin pis olması ilə izah edir. Barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİPŞ-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədlərini icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun həmin icra sənədlərindəki tələbləri icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-478/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-478/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver