Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-485/2024 24.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, 01 may 1995-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan, həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 24 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 24 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda Şəxs Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 1(064)-28/2018 nömrəli hökmü əsasında 06 fevral 2019-cu il tarixdə verilmiş icra sənədi üzrə yaranmış 5150 manat pul borcunu üzrsüz səbəbdən ödəmədiyi göstərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 1(064)-28/2018 nömrəli hökmü üzrə 06 fevral 2019-cu il tarixdə verilmiş icra sənədinə əsasən borclu Şəxs (bundan sonra - borclu) vurduğu maddi ziyana görə 12120 manat və ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra sənədi üzrə 19 mart 2019-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surətini və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Borclu həmin icra sənədi üzrə yaranmış 12120 manat məbləğində pul borcunun 7000 manat hissəsini 13 fevral 2023-cü il tarixdən 02 may 2024-cü il tarixədək iki dəfə 1000 manat və on dəfə 500 manat olmaqla, hissə-hissə ödəmiş, 5150 manat hissəsini isə ödəməmişdir. 07 iyun 2024-cü il tarixdə borcluya həmin borcunu 17 iyun 2024-cü il tarixədək ödəməli olduğu barədə rəsmi qaydada xəbərdarlıq etmişdir. Borclu işləməməsi, əmlakının olmaması və maddi vəziyyətinin zəif olması səbəbindən borcunun yalnız 250 manat hissəsini ödəməyə hazır olduğunu, qalan hissəsini isə hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Hazırda borclu tələbkara olan 5150 manat məbləğində pul borcunun 250 manat hissəsini ödəsə də, tələbkar həmin məbləği az olmasını səbəb kimi göstərərək qəbul etməmişdir. Buna görə də borcludan həmin 250 manat məbləğində pul qəbul edilib Füzuli RİPŞ-nin depozit hesabına mədaxil edilmişdir. Borclunun pul borcunu birdəfəlik tamamilə ödəməməsi tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 24 iyun 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun işləməməsi müəyyən edilmiş, adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə tələbkara borcunun 7000 manat hissəsini 13 fevral 2023-cü il tarixdən 02 may 2024-cü il tarixədək iki dəfə 1000 manat və on dəfə 500 manat olmaqla, hissə-hissə ödəmiş, 5150 manat hissəsini isə işləməməsi, əmlakının olmaması və maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik ödəyə bilməmişdir. Həmçinin, göstərdiyi səbəbdən hazırda tələbkara olan borcunun 250 manat hissəsini ödəmiş, qalan 4900 manat hissəsini isə hissə-hissə ödəyəcəkdir. Göstərdiklərinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, həmin icra sənədi üzrə Şəxs ona borclu olduğu 12120 manat məbləğində pulun 7000 manat hissəsini 13 fevral 2023-cü il tarixdən 02 may 2024-cü il tarixədək hissə-hissə ödəmişdir. Şəxs borcunun qalan 5150 manat hissəsini qısa müddətdə birdəfəlik ödəməsini tələb edir. Buna görə də sonuncunun ona vermək istədiyi 250 manat məbləğində pulu qəbul etmir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında Füzuli RİPŞ-nin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 1(064)-28/2018 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin məzmunu, edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən iş üzrə Şəxs Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 1(064)-28/2018 nömrəli hökmü əsasında verilmiş icra sənədi üzrə yaranmış pul borcunu tam ödəməməsinin üzrsüz səbəbdən olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Füzuli RİPŞ-nin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdikləri izahatlar əsasında, həmçinin müəyyən etmişdir ki, göstərilən icra sənədi üzrə sonuncu tələbkar Zərərçəkmiş şəxs olan 12120 manat məbləğində pul borcunun 7000 manat hissəsini 13 fevral 2023-cü il tarixdən 02 may 2024cü il tarixədək iki dəfə 1000 manat və on dəfə 500 manat olmaqla, hissə-hissə ödəmiş, hazırda tələbkara ödəmək istədiyi 250 manat məbləğində pul isə sonuncu tərəfindən az olması səbəb kimi göstərilərək qəbul edilmədiyinə görə icra məmuru tərəfindən qəbul edilib Füzuli RİPŞ-nin depozit hesabına mədaxil edilmiş, borclu tələbkara qalan 4900 manat borcunu işləməməsi, əmlakının olmaması və maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik tamamilə ödəyə bilməsə də, ödəməkdən imtina etməmiş və hissə-hissə ödəyəcəyini bildirmiş, eləcə də aparılmış icra tədbirləri nəticəsində borclunun işləmədiyi müəyyən edilmiş, adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-in: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında Şəxs Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 1(064)-28/2018 nömrəli hökmü əsasında 06 fevral 2019-cu il tarixdə verilmiş icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan 12120 manat məbləğində pul borcunun 7250 manat hissəsini ödədikdən sonra qalan 4900 manat hissəsini ödəməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, iş materialları əsasında belə nəticəyə gəlinir ki, Şəxs göstərilən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs qalmış 4900 manat pul borcunu üzrsüz səbəbdən deyil, işləməməsi, əmlakının olmaması və maddi vəziyyətinin zəif olması səbəbindən birdəfəlik tamamilə ödəyə bilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda göstərdiyi işin müəyyən edilmiş hallarına və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə sonuncu barəsində tərtib edilmiş 24 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 3, 8, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs barəsində tərtib edilmiş 24 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-485/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-485/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver