Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-490/2025 14.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlu katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə xx.xx.1998-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Qayıdış-11 qəsəbəsi, ev 115-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(064)- 1112/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X2 verdiyi izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(064)-1112/2023 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq borclu Şəxs azyaşlılar xx.xx.2021 ci il təvəllüdlü Ömərin və xx.xx.2023-cli il təvəllüdlü Mələyin yetkinlik yaşlarına çatnadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cəfərova (Məmmədova) Lamiyə Mehman qızma ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmən təqdim edilmişdir. Aliment borcunun ödənilməsi ilə əlaqədar borclu Şəxs şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, aliment borucunu tələbkar Cəfərova (Məmmədova) Lamiyə Mehman qızının xeyrinə ödəməmişdir. Sonradan borclu Şəxs yeri məlum olmadığından onun barəsində 02 dekabr 2024-cü il tarixli axtarış qərarı verilmiş, xx.xx.2024-cü il tarixdə borclu barəsində polis şöbəsində axtarış işi açılmışdır. Borclu Şəxs 14 iyul 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs icra sənədi üzrə 01 iyun 2023-cü il tarixdən 01 iyul 2025-ci il tarixədək tələbkar Cəfərova (Məmmədova) Lamiyə Mehman qızına cəmi 6000 (altı min) manat ödənilməmiş aliment borcu qalmışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda o, aliment borcundan cəmi 200 (iki yüz) manat pulu tələbkarın xeyrinə ödəyə biləcəyini bildirmişdir. Bu səbəbdən də, icra sənədinə əsasən yaranmış aliment borcunu tam ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Buna görə də xx.xx.2025-ci il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, maddi imkanı olmadığından borcunu ödüyə bilməmişdir. Hazırda tələbkara 6000 manat borcu vardır. Məhkəmə iclasında müdafiəçisi Nümayəndə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİPŞ-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini 10 gün ərzində tam icra etməsi barədə bildiriş göndərilsə də, sonuncunun həmin icra sənədi üzrə 6000 manat borcundan ödəniş etməməklə icra məmurunun müvafiq qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-490/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-490/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver