Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-496/2025 24.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə X1 barəsində DİN BDYPİ-nin polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nğmrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş materiallara baxaraq müəyyən etdi: X3 barəsində DİN BDYPİ-nin polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nğmrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. X3 xx.xx.2025-ci il tarixli ərizə ilə Məhkəməyə müraciət edərək şikayət ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, X1 barəsində DİN BDYPİ-nin polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş materiallar xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən geri qaytarılmalıdır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 03 may 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Odur ki, Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq qərara aldı: X1 barəsində DİN BDYPİ-nin polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nğmrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş materiallar X2 geri qaytarılsın. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-496/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-496/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver