Məhkəmə qərarları › İş №3(064)-5/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-5/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-5/2025 22.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, şikayət vermiş şəxs X8 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinin 30 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinin 30 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulumuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinin 30 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinin 30 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardan görünür ki, vətəndaşlar X23, X29 və X14 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Şikayət vermiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinin 30 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə mən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulumuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Buna səbəb isə X23, X29 və X14 ilə bağlanmış əmək müqavilələrinin Əmək Məcəlləsində nəzərdə tutulumuş qaydada hüquqi qüvvəyə minmədən işə cəlb edilmələri olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinin barəmdə tətbiq etdiyi 3000 manat məbləğində cəriməni qanunsuz və əsassız hesab edir. Belə ki, Qarabağ zonasına keçmək üçün portal icazəsi yazılır. O, kondisoner ustası ilə danışıb kondisoneri təmir etməsini istəmişdir. Usta bildirib ki, o, iki nəfər işçisi ilə gəlir, ona görə də onlara portal açılmalıdır. O, da Zəngilan rayon nümayəndəliyinə müraciət edib 3 nəfərə portal açdırmış, həmin üç nəfərdən birinin əmək müqaviləsi vardı, digər gələn iki nəfərin isə əmək müqaviləsi olmamışdır. O, portalı hamıya eyni qaydada açmışdır. Bundan başqa işçi işlə tanış olub, həmin işdə işləmək istədikdə işçi ilə əmək müqaviləsi bağlanılır. Həmin üç nəfər onun işçiləri olmamışdır. Əmək Müfəttişliyində olarkən hadisənin bu cür olmasını dəfələrlə onlara izah etməyə çalışsa da bunun heç bir nəticəsi olmamış və onun barəsində belə bir əsassız qərar qəbul etmişlər. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidməti onun barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq etdikdən sonra, direktoru olduğu "xxxx" Məhdudu Məsuliyyətli Cəmiyyətinin barəsində isə Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 192.1 -ci maddəsinin tələblərini pozması ilə bağlı inzibati tədbir görülməsi üçün tərtib etdiyi xx.xx.2024-cü il tarixi, MN ******* nömrəli protokolu baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərmişdir. Zəngilan Rayon Məhkəməsinin 3(034)95-/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Artıq rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmə qərarı mövcud olduğundan hesab edir ki, Müfəttişliyinin 30 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X13 məhkəməyə ünvanladığı yazılı etirazında və məhkəmə iclasındakı izahatında bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Şikayət ərizəsinin məzmununa uyğun izahat verərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinin 30 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulumuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Elektron portal üzərindən baxış keçkirilən zaman bu inzibati xəta aşkar olunmuş və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. -X3 izahatından görünür ki, o, X13 ilə heç bir qohumluq əlaqəsinin olmadığını, Zöhrab müəllimlə əlaqə saxlayanda ona ofisiant kimi işçi lazım olmasını bildirdiyini, bununla bağlı adına portal açıldığını, amma ailəvi problemləri olduğu üçün gedə bilmədiyini, Əmək Müfəttişliyindən bu işlə bağlı ona heç bir məktub gəlmədiyini, ümumiyyətlə Zəngilanda olmadığını göstərmişdir. -X6 izahatından görünür ki, o, X13 ilə heç bir qohumluq əlaqəsinin olmadığını, Zöhrabın kondisioneri xarab olduğundan telefonla əlaqə saxladığını, ona və iki dostuna da portal açdırdığını və birlikdə Zəngilana getdiklərini, İmişli rayonunda işlədiyini, çağırış olanda digər rayonlara da getdiyini göstərmiş, Zəngilanın Ağalı kəndində restorana gedərək kondisoneri düzəltdiyini, elə həmin gün də qayıtdığını, onunla birgə gedən Əliyev Hüseyn və Şirinov Yengibarın ona kondisioneri təmir edəndə kondisioneri götürməyə koməklik göstərdiklərini bildirmişdir. -X4 izahatından görünür ki, o, X13 ilə heç bir qohumluq əlaqəsinin olmadığını, Vahid ilə uzun illərdir ki, dost olduğunu, onunla Zəngilana getmək üçün ona da portal açılmasını xahiş etdiyini göstərmiş, Zəngilana gedəndə postlarda saxlanıb yoxlandıqlarını, Vahidin Zəngilana kondisioneri düzəltməyə, özünün isə gəzməyə getdiyini, Zəngilan rayonunun Ağalı kəndində çörək sexinə gedəndə onları Zöhrab müəllimin qarşıladığını, Zəngilanda qalmadıqlarını, həmin gün də evə qayıtdıqlarını bildirmişdir. -X2 izahatından görünür ki, o, X13 ilə heç bir qohumluq əlaqəsinin olmadığını, Vahid müəllimdən onunla Zəngilana getmək üçün ona da portal açılmasını xahiş etdiyini, Vahidin Samsung servisdə kondisioner ustası işlədiyini, Zəngilan rayonunun Ağalı kəndində kondisoneri və soyuducunu düzəldəndən sonra Zəngilanda gəzib həmin gün də evə qayıtdıqlarını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xətanın tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidməti tərəfindən tərtib edilmiş 30 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar X23, X29 və X14 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvəyyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-40366/2024 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasan bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəs, ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona deyişiklik edilməsi ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci və 2-2-ci hissələri ıla müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. Bildirilir ki, 2024-cü ilin may ayı ərzində 'Qarabağ və Şərqi Zəngəzur iqtisad, rayonlarına giriş" informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı tərəfimizdən xx.xx.2024-cü il tarixli 3-17-5/2-30816/2024 nömrəli məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq" altsisteminə daxil edilməsi, hələ də təmin edilməmişdir. Yuxarıda qeyd olunanları və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq iş üzrə icraatın başlanması ilə əlaqədar 16 iyul 2024-cü il tarixdə saat 15:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətinə və ya videokonfrans vasitəsilə dəvət olunursunuz. -"xxxx" MMC-nin direktoru X13 tərəfindən təqdim olunmuş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin müraciəti əsasında X19, X24, X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Zəngilan rayonuna giriş üçün icazə verilmişdir. Çıxarışda “İcazənin səbəbi” qrafasında “Usta” qeyd edilmişdir. - X13 tərəfindən təqdim olunmuş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin müraciəti əsasında X30, X16, X12, X25, X19, X24, X7, X32 və X26 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Zəngilan rayonuna giriş üçün icazə verilmişdir. Çıxarışda “İcazənin səbəbi” qrafasında X27 və X11 adlarının qarşısında “Yeni işçi”, X9 və X20 adlarının qarşısında “İşçi”, X15, X18 və X5 adlarının qarşısında “Usta”, X31 və X21 adlarının qarşısında isə “Sirab” qeyd edilmişdir. -Zəngilan Rayon Məhkəməsinin 3(034)-95-/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-465/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Zəngilan Rayon Məhkəməsinin 3(034)-95-/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında material yenidən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. -Şuşa Rayon Məhkəməsinin 3(077)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidmətindən daxil olmuş material üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şuşa Rayon Məhkəməsinin 3(077)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş olsun. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX tərəfindən hüquqi şəxs "xxxx" MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas vətəndaşlar X11, X15 və X5 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvəyyə minmədən MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. Lakin məhkəmə araşdırması nəticəsində əmək müqaviləsi hüquqi qüvəyyə minmədən işlərin görülməsinə cəlb edilməsi göstərilən X11, X15 və X5 "xxxx" MMC-nin işçiləri olmadığı müəyyən edilmişdir. Belə ki, MMC-nin direktorunun sifarişi əsasında cəmiyyətin Zəngilan rayonu, Ağalı kəndində yerləşən restoranın kondisionerində və soyducusunda yaranmış problemlərin aradan qaldırılması üçün kondisioner ustası, fərdi əmək fəaliyyəti ilə məşğul olan X33 (VÖEN:********** ilə danışılmış, usta X29 və X10 ilə gəldiyi üçün portal açılmasını xahiş etmiş, cəmiyyətin direktoru da bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Zəngilan rayonunda Xüsusi Nümayəndəliyinə müraciət edərək onların adlarına “Usta” qismində, protokolda adı qeyd olunan X17 işlə tanış olmaq üçün dəvət edərək onun adına “Yeni işçi” qismində, portal açılmasını xahiş etmiş və Nümayəndəlik tərəfindən müraciətdə göstərilən qaydada portal açılmışdır. Qeyd olunan xüsusatlar şahidlər X11, X18, X15 və X10 verdikləri izahatlarda da təsdiqini tapmışdır. Bu da onu göstərir ki, X29 və X10 "xxxx" MMC-nin direktoru X13 tərəfindən işçi kimi deyil, usta kimi dəvət edilərək adlarına portal açılmış, digər şəxs X23 isə yeni işçi kimi dəvət olunmasına və portal açılmasına baxmayaraq, ümumiyyətlə Zəngilan rayonuna getməmişdir. Bununla da, məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX tərəfindən X13 barəsində qəbul edilmiş 30 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilənlərin X8 inzibatı xəta haqqında məsuliyyətə cəlb olunması üçün kifayət etmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla X13tərəfindən X11, X15 və X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya əmək müqaviləəsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidməti tərəfindən X8 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, inzibati xətanın olmasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün protokola heç bir mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. -135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidməti tərəfindən qəbul edilmiş 30 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X35 Xidməti tərəfindən qəbul edilmiş 30 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar