Məhkəmə qərarları › İş №3(064)-511/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-511/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-511/2023 12.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, xx.xx.1991-ci ildə Füzuli rayonunun Aybasanli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonunun Aybasanli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP5645151 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının keçirilmə tarixi, vaxtı və yeri barədə tərəflər xəbərdar edilsələr də onlar məhkəmə iclasında iştirak etməmişlər və tərəflərdən işin baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, EQ13829471 saylı inzibati xəta haqqında iş üzrə protokolun surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin Şəxs məhkəməyə ünvanladığı materiallardan və Azərbaycan Respublikası DİN-nin elektron ödəniş məlumat bazasından görünür ki, qeyd olunan EQ13829471 saylı protokol Şəxs barəsində deyil, digər şəxsin X1 barəsində tərtib olunmuşdur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli, EQ13829471 saylı inzibati xəta haqqında protokolun Şəxs aid olması öz təsdiqini tapmadığından, həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP5645151 saylı inzibati protokol tərtib olunsa da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından bu maddə ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 529.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar