Məhkəmə qərarları › İş №3(064)-516/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-516/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-516/2023 28.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun, icra sənədi üzrə tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, işləməyən, həmin ünvanda qeydiyyatda olmaqla hazırda Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavədə qeyd etmişdir ki, İmişli Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(036)-2008/2022 saylı icra sənədinə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat aliment borclu Şəxs alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə 03 oktyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxsr. ünvanına göndərilmiş, sonradan isə borcluya rəsmən təqdim edilmişdir. Borclunun bugünə 2.495 manat aliment borcu vardır. İcra sənədi üzrə tələbin yerinə yetirilməsi üçün borclu Şəxs ayrı-ayrı vaxtlarda onun istifadəsində olan telefon vasitəsi ilə şöbəyə dəvət edilməsinə, bununla bağlı rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasını təmin etməyərək aylıq alimentini ödəməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə yığılmış aliment borcunu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarların narazılığına və müvafiq orqanlara arda-arda şikayətlərinə səbəb olmuşdur. Borclu Şəxs icra sənədinin icrası ilə tərəfindən telefon vasitəsi ilə şöbəyə dəvət edilmiş, lakin icra nəmurunun üçün onun barəsində 24 oktyabr 2022-ci il tarixdə axtarış qərarı verilmiş və 28 sentyabr 2023- cü il tarixdə Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Füzuli rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Borclu Şəxs alınmış izahatda ümumi məbləğdə: 480 manat ödədiyini, qalan cəmi 2.415 manatdan isə bu günə isə tələbkarın hesabına 500 manat ödəyəcəyin bildirmiş, daha sonra isə aylıq olaraq 150 manat ödəməyəcəyini sonradan isə işlə təmin olunacağı təqdirdə borcunu bağlayacağını bildirmişdir. Ona görə də, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu hazırda cəmi 2.415 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Ş.Səfərov həmçinin bildirdi ki, hazırda borclu tərəfindən 900 manat tələbkarın xeyrinə ödənilmişdir. İcra sənədi üzrə tələbkar X3 bildirdi ki, borclu Şəxs hazırda borcundan 900 manat ödəmişdir, qalan borcunu isə qısa müddət ərzində ödəyəcəkdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, İmişli Rayon Məhkəməsinin icra sənədinə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat aliment borclu Şəxs alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş ona rəsmən təqdim edilmişdir. Bundan sonra, Füzuli rayon icra və probasiya şöbəsinə dəvət edilərək icra sənədi üzrə borcun ödənilməsi ondan tələb olunmuş və ona rəsmi xəbərdarlıqlar edilmişdir. Hazırda borcundan 900 manat ödəyir, qalan borcunu isə tezliklə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, borclu Şəxs ona olan xəbərdarlıqdan sonra aliment borcundan 900 manat ödəniş etmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və ya daşınmaz əmlak (və ya əmlaklar), eləcə də daimi iş yeri və stabil gəliri aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, icra sənədini icra etməmə o halda qərəzli sayılır ki, borcluya rəsmi xəbərdarlıq edildikdən sonra da icra etməmə davam etmiş olsun. Lakin işin faktiki halı onu göstərir ki, borclu Şəxs ona edilmiş xəbərdarlıqlardan sonra 900 manat ödəniş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs əməllərində icra sənədinin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi halları müşahidə olunmadığından onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsində aşağıdakılar göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0 və 53.0.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, Şəxs barəsində AR İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməli, qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borclu Şəxs «İcra haqqında» Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30- 34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İcra sənədi üzrə borclu Şəxs izah olunsun ki, icra sənədi üzrə borcun qalan hissəsini ödəməyəcəyi təqdirdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar