Məhkəmə qərarları › İş №3(064)-518/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-518/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-518/2024 25.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Xocavənd rayonu, Haxullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xocavənd rayon suvarma sistemində nizamlayıcı vəzifəsində çalışan, Xocavənd rayonu, Haxullu kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 iyun 2024-cü il tarixdə saat 14 radələrində Füzuli Ağdam yolunda yerləşən stasionar polis postunda idarə etdiyi **-SH-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobili polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq polis əməkdaşlarının üzərinə sürmüş və postdan uzaqlaşmışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs 23 iyun 2024-cü il tarixdə saat 14 radələrində Füzuli- Ağdam yolunda işğaldan azad olunmuş polis stasionar postunda idarə etdiyi **-SH-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobili ilə posta yaxınlaşaraq, postu keçib özünə məxsus ferma sahəsinə getmək istədiyi zaman polis əməkdaşları tərəfindən sözügedən postdan keçidin məhdudlaşdırıldığı onun nəzərinə çatdırılmışdır. O, polisin qanuni tələbinə qəsdən tabe olmadan əsəbi şəkildə, idarə etdiyi avtomobili polis əməkdaşlarının üzərinə sürərək həmin postan uzaqlaşmışdır. Həmin polis stasionar postundan yalnız tikinti şirkətlərinə məxsus nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Mülki vətəndaşların həmin postdan gediş-gəlişi təmir-tikinti işlərinin aparılması səbəbi ilə məhdudlaşdırılıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, ünvan 1-də yaşayır. O, Xocavənd rayonu Haxullu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan qohumu Etibar Qarayevlə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Haxullu kəndinə getmişdir. Oradan qayıdarkən fermasındakı qoyun-quzularda narahatlıq yarandığından o, özünə məxsus ferma sahəsinə tez çatmaq üçün Füzuli- Ağdam yolunda işğaldan azad olunmuş polis stasionar postundan keçərək getmək istəmişdir. Həmin postdan keçməyin qadağan olunduğunu bilir, lakin onun ferma sahəsinin postdan 100 metr aralıda yerləşdiyini nəzərə alaraq həmin istiqamətdə hərəkət etmişdir. Posta çatanda polis əməkdaşları onlara yaxınlaşıb həmin postdan keçməyin qadağan olunduğunun bildirmişlər. Bu zaman Etibar Qarayev avtomobildən düşmüş, lakin o, özü tələsdiyindən avtomobili sürüb postu keçmişdir. Təxminən 15 dəqiqədən sonra geri qayıtmışdır. Qeyd etmişdir ki, o, avtomobili polis əməkdaşlarının üzərinə sürməmişdir. Əməlindən səmimi peşmandır, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid X3 bildirmişdir ki, Xocavənd rayonu Haxullu kəndində qohumu Şəxslə arı təsərrüfatı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Şəxslə idarə etdiyi Niva markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocavənd rayonu Haxullu kəndindən qayıdarkən Füzuli rayonu ərazisində yerləşən stasionar polis postunda polis əməkdaşları avtomobili saxlamışdır. Polis əməkdaşları avtomobilə baxış keçirtdikdən sonra su içmək üçün avtomobildən düşüb polis əməkdaşlarına yaxınlaşmış və bu vaxt Şəxs ona özünə məxsus əkin sahəsində işləyən kombayna baxmaq və oradakı qoyun-quzulara baxmaq üçün gedəcəyini deyərək avtomobilə minib getmişdir. Daha sonra polis əməkdaşları ona Şəxs hara getdiyini soruşduqda o, polislərə kombayna baxıb qayıdacağını demiş. Biraz gözlədikdən sonra Şəxs avtomobillə posta yaxınlaşmış və polis əməkdaşları Şəxs tabesizlik göstərdiyinə görə məsələni aydınlaşdırmaq üçün onları Füzuli RPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında iş üzrə şahid X7 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Füzuli-Ağdam yolunda yerləşən polis postunda xidmətdə olarkən olarkən işğaldan azad olunmuş ərazilərdən posta yaxınlaşan ** SH *** dövlət nömrə qeydiyyat nişanlı Niva markalı avtomobilin yük yerinə baxış keçirmək istəyərkən Şəxs polisin qanunu tələbinə tabe olmayaraq tabesizlik göstərib, idarə etdiyi nəqliyyat vasitəsini üzərinə sürərək postdan üzü Ağdam istiqamətində icazəsiz uzaqlaşmışdır. Daha sonra qeyd olunan avtomobil tərəflərindən saxlanılaraq Füzuli RPŞ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməkdaşı X5 işin müvafiq halları barədə X7 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Şəxs vəkili Vəkil Şəxs barəsində başlanmış inizbati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən həmin maddələrlə təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -25 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 iyun 2024-cü il tarixdə saat 14 radələrində Füzuli Ağdam yolunda yerləşən stasionar polis postunda idarə etdiyi **-SH-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobili polis əməkdaşlarının qanuni tələblərinə baxmayaraq polis əməkdaşlarının üzərinə sürmüş və postdan uzaqlaşmışdır. Bunun nəticəsində onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı, məhkəmə iclasında verilmiş özünün izahatı, şahid ifadələri və iş materialları ilə öz əksini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə, ilk dəfə inzibati xəta törətməsini iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, yəni, Şəxs tutulduğu gecə saat 17:05-dən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:05-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar