Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-519/2024 04.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 avqust 1972-ci il tarixdə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, Füzuli rayonu, Qayıdış-5 qəsəbəsində yerləşən 8 saylı Körpələr evində dayə işləyən, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 27 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs aşağıda adları göstərilən, Füzuli rayonu, Qayıdış qəsəbələrində yaşayan şəxsləri üzvləri olacaqları, özünün isə sədri olacağı “Şamama 2” adlı quşçuluq təsərrüfatının dövlət qeydiyyatına alınması və fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaranacaq xərclərin ödənilməsinə sərf edəcəyi adı ilə yalan vəd verib aldatmaqla, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayınadək olan müddət ərzində ayrı-ayrılıqda və hissə-hissə olmaqla, Zərərçəkmiş şəxs9 cəmi 300 manat, Zərərçəkmiş şəxs2 cəmi 280 manat, Zərərçəkmiş şəxs1 cəmi 280 manat, Zərərçəkmiş şəxs7 cəmi 200 manat, Zərərçəkmiş şəxs12 cəmi 200 manat, Zərərçəkmiş şəxs10 cəmi 200 manat, Zərərçəkmiş şəxs11 cəmi 200 manat, Zərərçəkmiş şəxs6 cəmi 200 manat, Zərərçəkmiş şəxs4 cəmi 200 manat, X1 cəmi 200 manat, Zərərçəkmiş şəxs8 cəmi 160 manat, Zərərçəkmiş şəxs5 cəmi 150 manat, Zərərçəkmiş şəxs14 cəmi 100 manat, Zərərçəkmiş şəxs13 cəmi 100 manat və Zərərçəkmiş şəxs3 cəmi 60 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edib dələduzluq yolu ilə talamış, nəticədə xırda talama inzibati xəta əməlini törətmişdir. Füzuli RPŞ-də HK-1/673-24 nömrəli material üzrə aparılmış araşdırma zamanı qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 iyun 2024-cü il tarixli qərarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması müəyyən edildiyinə görə sonuncu barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Füzuli RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan sonra Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 27 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X2 27 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, Füzuli rayonu, Qayıdış qəsəbələrində yaşayan Zərərçəkmiş şəxs9 cəmi 300 manat, Zərərçəkmiş şəxs2 cəmi 280 manat, Zərərçəkmiş şəxs1 cəmi 280 manat, Zərərçəkmiş şəxs7 cəmi 200 manat, Zərərçəkmiş şəxs12 cəmi 200 manat, Zərərçəkmiş şəxs10 cəmi 200 manat, Zərərçəkmiş şəxs11 cəmi 200 manat, Zərərçəkmiş şəxs6 cəmi 200 manat, Zərərçəkmiş şəxs4 cəmi 200 manat, X1 cəmi 200 manat, Zərərçəkmiş şəxs8 cəmi 160 manat, Zərərçəkmiş şəxs5 cəmi 150 manat, Zərərçəkmiş şəxs14 cəmi 100 manat, Zərərçəkmiş şəxs13 cəmi 100 manat və Zərərçəkmiş şəxs3 cəmi 60 manat məbləğində pul vəsaitini üzvləri olacaqları, özünün isə sədri olacağı “Şamama 2” adlı quşçuluq təsərrüfatının dövlət qeydiyyatına alınması və fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaranacaq xərclərin ödənilməsinə sərf edəcəyi adı ilə almış, şəxsi ehtiyaclarına sərf etmişdir. İş üzrə törətdiyi inzibati xətaya görə səmimi peşimandır, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs13 məhkəmə iclasında verdikləri izahatlarında, X3 isə Füzuli RPŞ-də aparılmış araşdırma zamanı verdiyi izahatında Şəxs izahatında göstərdiyi işin müvafiq halları barədə sonuncu ilə eyni məzmunda göstərmiş, əlavə olaraq qeyd etmişlər ki, sonuncu iş üzrə törətdiyi əməllər nəticəsində onlara vurduğu müvafiq məbləğlərdə olan maddi ziyanı ödəmədiyinə görə Şəxs ilə barışmırlar. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxslərin verdikləri izahatları, iş materiallarında olan 27 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həmin əməlləri ayrı-ayrı zərərçəkmiş şəxslərə münasibətdə törətdiyinə, nəticədə zərərçəkmiş şəxslərə ayrı-ayrılıqda vurduğu maddi ziyan məbləğləri beş yüz manatdan yuxarı olmadığına, bu hallar Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını talanması ilə nəticələndiyinə görə onun müvafiq əməllərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Şəxs törətdiyi inzibati xəta əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurduğu müvafiq maddi ziyan məbləğlərini ödəmədiyinə və zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə nail olmadığına görə Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsində icraata xitam verilmə ilə bağlı nəzərdə tutulmuş prosessual əsas yaranmamışdır. Buna görə də Şəxs iş üzrə inzibati məsuliyyətdən azad edilə bilməz. Məhkəmə Şəxs səmimi peşimançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, himayəsində 02 dekabr 2015-ci il təvəllüdlü olan azyaşlı uşağının olmasını həmin Məcəllənin 32.1.3-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilmədiyinə və Şəxs himayəsində 02 dekabr 2015-ci il təvəllüdlü olan on dörd yaşınadək uşağı olduğuna görə iş üzrə Şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşimançılığı və himayəsində bir nəfər azyaşlı uşağının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halın və Azərbaycan Respublikası İXM-in 28.4-cü maddəsinə əsasən iş üzrə barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qadağan edən hər hansı halın olmamasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 160 (bir yüz altmış) saat müddətə ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-in 28.3-1-ci maddəsinə əsasən onun üzərinə həmin ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 160 (bir yüz altmış) saat müddətə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərarın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-519/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-519/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver