Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-52/2023 03.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərdar oğlunun və vəkili Vəkil iştirakları ilə, xx.xx.1975-cı ildə Füzuli rayon, Mahmudlu-2 kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, işləməyən, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Sərdar oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs Sərdar oğlu xx.xx.2023-cü il tarixində saat 13 radələrində Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postuna yaxınlaşaraq polisin qanuni tələbinə qəsdən tabe olmayaraq Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə keçməyə cəhd göstərmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X2 bildirdi ki, Şəxs Sərdar oğlu xx.xx.2023-cü il tarixində saat 13 radələrində Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postuna yaxınlaşmış və polisin dəfələrlə qanuni tələbinə qəsdən tabe olmayaraq Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə keçməyə cəhd göstərmişdir. Ona görə də, onun barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərdar oğlu özünü AR İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi X3 ilə birlikdə Füzuli rayonu, Mahmudlu-2 kəndində oturub yemək yeyərək spirtli içki qəbul etmişlər. Bu zaman o, R.Qurbanova Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə səyahət etmək isdədiyini, lakin xüsusi icazəsi olmadığını demişdir. xx.xx.2023-cü il tarixdə bu niyyətlə “VAZ-2106” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Füzuli rayonu, Alıxanlı kəndi ərazisindəki stasionar polis postuna yaxınlaşmışlar. Bu zaman R.Qurbanovla birgə Füzuli rayon polis əməkdaşlarına şəxsiyyət vəsiqəsinin üzərində olmamasını səbəb göstərərək xüsusi icazəsi olan Eynəddin adlı şəxsin adını demişlər. Yoxlama zamanı xüsusi icazəsi olan şəxsin o, olmadığı bilindikdə isə polis əməkdaşları ilə mübahisə etməyə başlamış və onların tələbinə tabe olmayaraq işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil Şəxs barəsində həbslə əlaqədar olmayan cəzanın verilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli, 85 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs Sərdar oğlunda sərxoşluq vəziyyəti aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Sərdar oğlunun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələri öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. İnzibati xətanı sərxoş halda törətməsi onun inzibati məsuliyyətini ağırlaşdran haldır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edir ki, polisin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Şəxs qeyd olunan inzibati xətanı törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Sərdar oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon Polis Şöbəsi və Beyləqan RPŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri İş № 3(064)-52/2023 xx.xx.2023-cü il Füzuli rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab Zaur Abbasova Beyləqan rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Rüstəm Cəfərova Füzuli Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli, 3(064)-52/2023 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar. HAKİM Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-52/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-52/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver