Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-525/2025 14.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə xx.xx.1990-cı il tarixində Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Əhmədbəyli kənddə qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi, polis polkovnik-leytenantı X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi, polis polkovnikleytenantı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00 radələrində X1 məxsus Füzuli rayonunun Mahmudlu-2 kəndində yerləşən evinin həyətində VAZ-21063 markalı, **-BO-*** nömrəli avtomobilin salonunun ön sağ hissəsini yandıraraq 257 manat ziyan vurmuş, bununla da barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ziyan aktı əsasında müəyyən olunur ki, yanğın hadisəsi zamanı dəymiş ziyanın məbləği 257 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başalnamsının rədd edilməsi haqqında qərar əsasında müəyyən olunur ki, Şəxs barəsində AR CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanılmasından rədd edilmiş, iş materialları inzibati icraatın başlanması üçün Füzuli Rayon Polis Şöbəsinə göndərilmişdir. X2 hadisə ilə bağlı Füzuli Rayon Polis Şöbəsinə izahat verərək bildirmişdir ki, Samiq qızı Nigarın əridir. Onlar 2012-ci ildə ailə qurmuşdurlar və nəmin nikahdan bir oğlan övladları vardır. Uzun müddətdir ki, onlar arasında daimi olaraq mübahisələr baş verir və dava olur. Təxminən 10 gün əvvəl Nigar oğlu ilə birlikdə yaşadığı evə gəlib Samiq ilə mübahisə etdiyini və onun sərxoş vəziyyətdə evə gəlib onu döymək istədiyini demiş, buna görə də geri qayıtmayacağını və onunla boşanacağını bildirmiş, Samiq yaşadığı evə gəlib mübahisə etmiş, bu səbəbdən Nigar və nəvəsini Bakı şəhərinə göndərmiş, xx.xx.2025-ci il tarixdə Nigar boşanma ilə bağlı Füzuli rayon Məhkəməsinə müracət etmiş, həmin vaxtdan Samiq onları rahat buraxmır və hər gün evi və avtomobili yandıracağı ilə hədələyir. Təxminən 10 gün əvvəl evin damını daşlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 00 radələrində ani olaraq həyətdən səs-küy gəldiyini eşitmiş, dərhal həyətə çıxdıqda ona məxsus “VAZ 21063” markalı, ** BO *** dövlət nömrə nişanlı avtomobilin salonunun ön sərnişin hissədən şitinin yandığını görmüş, dərhal həyətdə olan su motorunu qoşub yanğını söndürmüş, yanğın zamanı saxlanc yerinin içərisində olan 300 manat pul və avtomobilə məxsus sənədlər də yox olmuş, bunu Samiqin etdiyini bildiyi üçün bununla bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. Yanğın zamanı avtomobilinə nə qədər ziyan dəyməsini dəqiq bilməsə də, 300 manat pulu və sənədləri avtomobildə yanaraq məhv olub. “Siz hadisəni Samiqin törətdiyini nəyə görə iddia edirsiniz?” sualına cavab olaraq bildirmişdir ki, ondan başqa heç kimlə ədavəti yoxdur, odur ki, ehtimal edir ki, hasardan keçərək hadisəni o törətmişdir. Şəxs hadisə ilə bağlı Füzuli Rayon Polis Şöbəsinə izahat verərək bildirmişdir ki, Ağaməli Məmmədov qaynatasıdır. X3 ilə 2012-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan bir oğlan övladları vardır. Təxminən bir ay əvvəl o, Xocavənd rayonundan yaşadığı evə geri qayıtdıqda Nigar və oğlunun evdə olmadığını görmüş, anası Mayadan onların harada olduğunu soruşduqda o, Nigar və qaynanası Sadəgül ilə aralarında mübahisə olduğunu və Nigarın çıxıb getdiyini, oğlunuda Ağaməlinin məktəbdən götürüb öz evlərinə apardığını demiş, həmin vaxt onların yaşadığı evə getmiş, Ağaməlidən Nigar və oğlunun harada olduğunu soruşduqda o və Sadəgül onunla mübahisə edib onları Bakı şəhərinə göndərdiklərini və ondan boşatdıracaqlarını demişlər, o, nəyə görə olduğunu dedikdə əsassız bəhanələr gətirib məhkəmədə görüşəcəklərini bildirmişlər, təxminən 3 gün əvvəl xx.xx.2025-ci il tarixdə, günorta saatlarında onların yaşadığı evə gedib övladını görmək istədiyini dedikdə onunla mübahisə edib vermiyəcəklərini demişlər, o oradan çıxıb getmiş, lakin həmin gün gecə saatlarında onların yaşadığı evə getməmiş, Ağaməliyə məxsus avtomobilin salonunu yandırmamışdır. Onlar onu qorxutmaq məqsədilə böhtan atırlar ki, o uşağı tələb etməsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını nəzərə alaraq, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır və nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, X4 yanğın hadisəsinin Şəxs tərəfindən törədilməsini ehtimal etsə də, bu iş materialları əsasında öz təsdiqini tapmamışdır. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törədilməsinə aidiyyəti müəyyən edilmədiyindən onun barəsində İXM-in 232-1-ci maddəsilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53.2, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-525/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-525/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver