Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-53/2025 28.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hazırda işsiz, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Zobucuq 5-qəsəbəsi, ev 164-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-804/2023 saylı qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədindəki tələbi Füzuli RİPŞ-nin rəis vəzifəsini icra edən icra məmuru X2 tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin rəis vəzifəsini icra edən icra məmuru X2 oğlu tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(064)-804/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 617 manat və hər birinin dəyəri 400 manat olan 7 baş qoyun naturada və ya bu mümkün olmadıqda onların dəyərini pulla alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə 03 oktyabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs rəsmən təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə 617 manat pulun və hər birinin dəyəri 400 manat olan 7 baş qoyunun naturada və ya bu mümkün olmadıqda onların dəyərinin pulla tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə üç dəfə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə 617 manat puldan və 7 baş qoyunun ümumi dəyərindən tələbkar Zərərçəkmiş şəxs xeyrinə heç bir pul məbləği ödəməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda o, üç il müddətində tələbkara çoban işləməsinin müqabilində tələbkar ona heç bir haqq ödəmədiyinə, həmçinin qoyunlar dəyərindən çox baha qiymətləndirildiyinə görə 617 manat və hər birinin dəyəri 400 manat olan 7 baş qoyun və ya bu mümkün olmadıqda onların dəyərini təşkil edən puldan tələbkar Zərərçəkmiş şəxs xeyrinə heç bir pul məbləği ödəmədiyini, tələbkar ona ödəməli olduğu haqqı qaytardıqdan sonra icra sənədini icra edəcəyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinin icrasını təmin etmək mümkün olmamış, qətnamə icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına və şikayət etməsinə səbəb olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, borclu borcunu hissə-hissə ödəmək üçün bir neçə dəfə şöbəyə gələrək icra sənədi üzrə borcunu tələbkara yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Borclu bu hərəkətləri ilə sadəcə icra sənədini icra etmək görüntüsünü yaratmaq istəmişdir. Həmçinin tələbkar da borcun hissə-hissə ödənilməsi ilə razılaşmamış, borcun ödənilməsi üçün hesab nömrəsini təqdim etməmiş, borcunu tam olaraq tələb etdiyini bildirmişdir. Qeyd olunan qətnamənin hissəhissə icra olunması barədə məhkəmənin müvafiq qərarı olmadığından borcludan tələb olunan pul məbləği hissə-hissə icra məmuru tərəfindən qəbul edilə bilməz. Borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra vərəqəsi üzrə borcunun tələbkarın xeyrinə ödənilməsi üçün Füzuli RİPŞ-nə çağırılmış, ona rəsmi xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. O, borcunun ödənilməsi üçün ona möhlət verilməsini və borcunu hissə-hissə ödəmək üçün ona tələbkarın bank hesab nömrəsinin verilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsində göstərilən borcunu tam şəkildə ödəyə bilmir. Himayəsində iki azyaşlı uşağı var, hazırda heç bir yerdə işləmir. Ümumi borcundan hər ay 40 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxslə razılaşdığını və borcunun ona hissə-hissə qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: -məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, bir neçə dəfə yazılı xəbərdarlıqlar borclu Şəxs rəsmən təqdim edilmiş, lakin borclu icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. Məhkəmə Şəxs səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlməsini, Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmanlıq keçirməsindən və himayəsində azyaşlı uşaqlarının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını, zərərçəkmiş şəxslə borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-53/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-53/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver