Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-54/2023 06.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X sədrliyi, məhkəmə iclasının katibi X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 06 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli, 2(064)543/2014 nömrəli, 30 iyun 2022-ci il tarixli, 2(064)607/2022 nömrəli və 02 avqust 2022-ci il tarixli, 2(064)607/2022 nömrəli icra sənədlərinin icrası ilə əlaqədar Füzuli RİP-nin böyük icra məmuru X2 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİP-nin böyük icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 06 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin böyük icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki,: - Füzuli Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(064)543/2014 icra sənədinə əsasən X1 (bundan sonra - borclu) 15 may 2006-cı il tarixdə doğulmuş X7 və 01 yanvar 2009-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatmasınadək saxlanılmaları üçün 07 iyul 2014-cü il tarixdən başlayaraq hər uşağa görə hər ay 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq X5 (bundan sonra – tələbkar) ödənilməlidir. - Bundan başqa, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(064)607/2022 nömrəli icra vərəqəsinə əsasən borcludan 01 yanvar 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatmasınadək saxlanılması üçün 01 mart 2022-ci il tarixdən başlayaraq 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkara ödənilməlidir. - Bundan başqa, Füzuli Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(064)607/2022 nömrəli icra vərəqəsinə əsasən borcludan 15 may 2006-cı il tarixdə doğulmuş X7 və 01 yanvar 2009-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatmasınadək saxlanılmaları üçün qət olunmuş alimentin miqdarı artırılaraq, hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşağa görə hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkara ödənilməlidir. - Həmin icra sənədləri üzrə müvafiq olaraq 08 oktyabr 2014, 05 iyul 2022 və 06 sentyabr 2022-ci il tarixlərdə icraata başlamaq haqqında qərarlar qəbul etmiş, borcluya həmin qərarların surətləri və tələbin könüllü icrası haqqında bildirişləri şəxsən imza etdirməklə təqdim etmişdir. Borclu tələbkara aliment borclarını ödəmədiyinə görə sonuncuya 20 iyun və 15 iyul 2022-ci il tarixlərdə həmin icra sənədlərini tam icra etməli olduğu, əks halda barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə şəxsən imza etdirməklə yazılı qaydada xəbərdarlıqlar etmiş, həmin icra sənədlərini 06 sentyabr 2022-ci il tarixli qərarı ilə bir icraatda birləşdirmişdir. Borclu tələbkara 02 fevral 2023-cü il tarixədək yaranmış 8320,00 manat məbləğində aliment borcunun 300 manat hissəsini ödəsə də, 8020 manat hissəsini ödəməməklə göstərilən icra sənədlərinin icrası ilə əlaqədar onun qanuni tələblərini yerinə yetirməmişdir. Bu hal tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Borclunun olduğu yeri müəyyən edə bilmədiyinə görə 12 oktyabr 2022-ci il tarixdə sonuncunun axtarılması haqqında qərar qəbul etmiş, borclu barəsində Füzuli Rayon Polis Şöbəsində axtarış işi açılmışdır. 06 fevral 2023-cü il tarixdə borclu Füzuli RİP-ə gətirilmiş, verdiyi izahatında maddi vəziyyəti ilə əlaqədar tələbkara olan aliment borcunu ödəyə bilməyəcəyini demişdir. Beləliklə, borclu onun iş üzrə icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 06 fevral 2023-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. İş üzrə tələbkar X5 olan cəmi 8020 manat məbləğində aliment borcunu ödəyə bilməməsini, beləliklə də göstərilən icra sənədlərini icra edə bilməməsini işləməməsi və maddi vəziyyətinin pis olması ilə izah edir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında 06 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs göstərilən icra sənədlərini icra etməsi üçün bir neçə dəfə şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıqlar etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 fevral 2023-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: imza var. əsli ilə düzdür. Hakim Aqil Musayev
Məhkəmə qərarları › İş №3(064)-54/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-54/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver