Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-543/2023 20.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin rəisi gömrük xidmət kapitanı X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, №00100-02527/23 saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postundan 025902/2023 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən, "xxxx" MMC-nin ünvanına Rusiya Federasiyasından 90MX321 dövlət nömrə nişanlı yük avtomaşınında 1 saylı xx.xx.2022-cı invoys sənədi əsasında daxil olmuş və **********7103 sorğu nömrəli gömrük bəyanna bəyan olunmuş yükə gömrük yoxlaması keçirilən zaman, bəyannamənin 5-ci mal mövqeyində bəyan edilmiş 115 yer, 82800 ədəd “saqqız" yükünün üzərində erməni dilində yazılar oldugu və 7-ci mal mövqeyində 84 yer, 740 ədəd kətan yağı kimi bəyan edilən yükün faktiki 3 yer, 37 ədədinin günəbaxan yağı olduğu və üzərində erməni dilində yazılar mövcud olduğu aşkar edilmiş, sözügedən raportların icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində xx.xx.2023cü il tarixdə araşdırma başlanılmışdır. Aparılan araşdırma ilə əlaqədar **********7103 sorğu gömrük bəyannaməsinin 7-ci mal mövqeyində 84 yer, 740 ədəd kətan yağı kimi bəyan edilən yükün aktiki 3 yer, 37 ədədinin günəbaxan yağı olduğu halda gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir təqdirdə məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi raportla Rəsmiləşdirmə Mərkəzinə 3-33- /3-1-026343/2023 saylı xx.xx.2023-cü il tarildi müraciət edilmişdir. Həmin Mərkəzdən daxil olmuş 3-33-/3-1-026783/2023 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən yuxanda qeyd oiunan hal nəticəsində gömrük ödənişlərinin məbləğində heç bir fərq yaranmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş proses iştirakçılarının nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 485.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 485.1-ci madddəsində deyilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-543/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-543/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver